"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım
Bu gün, 11:34
Bayden administrasiyası "Intel Corp." şirkətinə təxminən 7,9 milyard dollarlıq federal subsidiyanın ayrılması prosesini yekunlaşdırıb.
Bu subsidiya, yerli çip istehsalını artırmaq məqsədilə həyata keçirilən proqram çərçivəsində icra olunub.
Müqavilə, əvvəlcə təklif olunan subsidiyadan daha az olsa da, "Intel"in ABŞ-ın 4 ştatında həyata keçirdiyi layihələrdə razılaşdırılmış şərtlərə nail olduqdan sonra maliyyə vəsaitlərini əldə etməyə başlayacağını nəzərdə tutur. Yüksək vəzifəli bir administrasiya rəsmisi şirkətin bu il ən azı 1 milyard dollarlıq vəsait əldə edəcəyini bildirib.
Məlumata görə "Intel" Arizona, Oreqon və Nyu Meksikoda həyata keçirilən layihələr üçün subsidiya alacaq.
Bayden administrasiyası çip istehsalında əsas diqqətini ABŞ-da inkişaf etmiş prosessorların yeganə istehsalçısı olan "Intel"ə yönəldib.
Şirkət ABŞ-da fəaliyyət göstərən zavodlarına 100 milyard dollar sərmayə yatırmaq öhdəliyi götürüb. "Intel"in ABŞ ordusu üçün də çip istehsalı planlaşdırılır. Bu inkişaflar "Intel"i ölkənin qabaqcıl yaddaş çipləri üzrə qlobal bazar payını 20 faiz səviyyəsinə çatdırmaq hədəfi üçün əsas rol oynayan şirkətə çevirir. \\Valyuta.Az