Dünyanın ən bahalı futbol çempionatları bəlli olub

27-11-2024, 11:37           
Dünyanın ən bahalı futbol çempionatları bəlli olub
"Transfermarkt" portalı dünyanın ən dəyərli futbol çempionatlarının siyahısını açıqlayıb. Siyahıya 11.75 milyard avro ümumi dəyəri ilə İngiltərə Premyer Liqası başçılıq edir.

Oxu.Az xəbər verir ki, ikinci sırada İspaniya La Liqası yer alıb. Onun ümumi dəyəri 5.48 milyard avrodur.

İlk "üçlüy"ü İtaliya A Seriyası tamamlayır. Çempionatın ümumi dəyəri 4.95 milyard avro təşkil edir.

Türkiyə Superliqası isə 1.15 milyard avro dəyəri ilə siyahıda 9-cu sırada qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru