Enerji içkilərinin uşaqlara satışı avqusta qədər qəbul edilməlidir - Volodin
16-05-2024, 09:25
Enerji içkisinin yüksək dozada istehlakı hipertoniya, ürək-damar xəstəliyi, şəkərli diabet və digər xəstəliklərin riskini artırır.
"Telegram" kanalımda keçirilən sorğuda səs verənlərin əksəriyyəti ölkə səviyyəsində energi içkilərinin uşaqlara satışına qadağa qoyulmasının tərəfdarı olublar. Bununla bağlı qanun layihəsi Dövlət Dumasının deputatları tərəfindən təqdim olunub və avqusta qədər qəbul edilməlidir.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
"Biz əvvəllər bu məsələni sizinlə müzakirə etmişik: səs verənlərin 90%-i ölkə səviyyəsində uşaqlara və yeniyetmələrə (yetkinlik yaşına çatmayanlara) enerji içkilərinin satışına qadağa qoyulmasını zəruri hesab ediblər", - o, özünün "Telegram" kanalında yazıb.
Vyaçeslav Volodin qeyd edib ki, enerji içkisinin yüksək dozada istehlakı hipertoniya, ürək-damar xəstəliyi, şəkərli diabet və digər xəstəliklərin riskini artırır.
"Bütün fraksiyaların deputatları Rusiya Dövlət Dumasına alkoqolsuz tonik içkilərin, o cümlədən enerji içkilərinin ölkə daxilində yetkinlik yaşına çatmayanlara pərakəndə satışını qadağan edən qanun layihəsini təqdim ediblər", – Volodin əlavə edib.
Rusiya Dövlət Dumasının spikeri onu da bildirb ki, həmçinin təşəbbüsə əsasən, həcmi 500 millilitrdən çox olan qablarda enerji içkilərinin pərakəndə satışına icazə verilmir. "Biz avqust ayına qədər uşaqlarımızın sağlamlığını qoruyacaq və gənclər arasında pis vərdişlərin yayılmasının qarşısını alacaq bu mühüm qərarın qəbuluna nail olmalıyıq", - Volodin qeyd edib.