“Niyə boğazına qədər qan içində?”: III Çarlzın yeni portreti sosial şəbəkəni dəhşətə gətirdi - FOTO/VİDEO
16-05-2024, 15:58
Britaniya kralı III Çarlzın tacqoymasının birinci ildönümü münasibətilə Bukingem Sarayı onun monarx kimi ilk rəsmi portretini təqdim edib.
Rəsmin müəllifi Conatan Yeo olub. Yeni portretdə Əlahəzrət 1975-ci ildə polkovnik olduğu Uels Qvardiyasının geyimində göstərilir. Rəsm Londondakı “Drapers Hall”da sərgilənəcək.
Ancaq qırmızının bütün çalarlarının əks olunduğu portret qeyri-adi rəng sxeminə görə çoxlarının xoşuna gəlməyib. Böyük Britaniyada yeni kralın taxta çıxması ilə yeni dövrün başlanğıcını vurğulamalı olan qeyri-standart bədii qərar internetdə tənqid olunub. Bir çoxları əsərin onlarda dəhşət hissi yaratdığını, kralın isə iblisə bənzədiyini deyib, digərləri portretin kralın “boğazına qədər qana batdığı” assosiasiyası yaratdığını deyiblər.