Qacaq Dəli Alı - Xalqın qəhrəman oğulları....

11-01-2023, 12:37           
Qacaq Dəli Alı - Xalqın qəhrəman oğulları....
Bir gün axşamüstü dayım bizə gəldi. “Bacıoğlu, dedi, İmam türbəsini ziyarət etmək istəyirəm, hərəmiz bir at minib gedək”. Mən uşaqlara iki at hazırlanmasını dedim. Hazırlandıq. Gəncə şəhərindən 3 kilometr məsafədə olan türbəyə getdik, ordan-burdan danışırdıq, birdə nə görsəm yaxşıdı, çöl qapıdan içəriyə 20-yə yaxın silahlı süvarilər girdilər, dayım ilə görüşdülər, dayım məni göstərərək, “sizi görmək istəyən bacımoğlu Nağı”,
dedi.
Görüşdük, bunlardan yarısı mənim yanımda qaldılar, digər yarısı türbəyə girdilər, sandığı ziyarət etdilər, qayıtdıqdan sonra digər yarısı türbəyə girdilər.
Dəli Alı mənimlə danışdı, suallar verdi, hamısına diqqətlə cavab verirdim, sonra “Alı dayı, nə qədər rus öldürmüsünüz!”,
dedim.“Haradan bildin?”, soruşdu. Rus məzarlığına getmişdim,
sıra ilə yüzlərlə rus məzarı, hamısında “Razboynik Dəli Alı tərəfindən qətlə yetirilmişdi yazılmışdır. Aralarında polkovnikdən nəfərlərə qədər var idi. Mən ruslara çox sinirlənirəm, sizə “Razboynik” deyirlər. Razboynik çapıb talayan, soyğunçu deməkdir, siz isə halbuki qaçaqsınız, rusların qanunlarından qaçmısınız, onları rədd etmisiniz, qaçaq demək şərəfli insan deməkdir”, - cavabı verdim. Dəli Alı məni çox sevdi, əl sıxdıq, məni yaylağa dəvət etdi və bir tapança hədiyyə etdi. “Bu tapança sizə lazım
olmazmı?”, dedim. “Xeyr, ruslar bizə tapança mənzili qədər yaxınlaşmazlar!”, dedi. Ayrıldıq. Sevinc içində idim. Dəli Alı ilə
görüşdüyüm gün məsud günlərimdəndir.
Nağı bəy Şeyxzamanlı'nın Qaçaq Dəli Alı haqqında xatirələrindən ( “Azərbaycan Türk Kültür Dərgisi”, 1962, 118-119-120-ci
sayları)
Ceyhun Nəbi
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.