Prezident sərəncamı ilə ayrılan 5 milyon manat haradadır?

29-04-2019, 09:23           
Prezident sərəncamı ilə ayrılan 5 milyon manat haradadır?
Teref.az yazır ki, söhbət dörd il bundan əvvəl Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması ilə əlaqədar prezidentin ehtiyat fondundan ayrılan vəsaitdən gedir

Elə sərəncamdan başlayaq. 2015-ci ilin 3 avqustunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında sərəncam imzaladı. Məsələyə tam aydınlıq gəlsin deyə, həmin sənədi olduğu kimi təqdim edirik:

Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində XIX əsrin sonu – XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu almışdır. Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəy Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkarlar qazandırmışdır.

Hal-hazırda teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığını, təchizatın müasir tələblərə cavab vermədiyini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədi ilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 avqust 2015-ci il
№ 1340

Sərəncamdan təxminən dörd il keçir. Lakin sənədin icrası istiqamətində heç bir iş görülməyib. Doğrudur, bunun bəzi səbəbləri də var. Dərbənddən aldığımız məlumata görə, sərəncam veriləndən sonra Azərbaycanın nümayəndə heyəti dram teatrına baş çəkib. Dağıstan hökümətinin binasında tərəflər arasında danışıqlar da aparılıb. Sonda məlum olub ki, bina sökülməlidir və yenisi tikilməlidir. Teatr binasını N. Gəncəvi adına parkın ərazisində inşa etmək planlaşdırılıb. Lakin şəhər meriyası müxtəlif bəhanələrlə buna icazə vermir. Onlar Azərbaycan dram teatrının binasını şəhərin mərkəzindən kənarda tikmək məsələsini ortalığa atırlar. Lakin nə teatr rəhbərliyi, nə də şəhərdəki Azərbaycan icmasının başçıları bununla razılaşmırlar. Dərbənd uğrunda mübarizə aparan etnik klanlar nəyin bahasına olursa-olsun teatrın mərkəzdə fəaliyyətini istəmirlər. İndiki qəzalı və yararsız binanın sökülərək yenisi ilə əvəzlənməsi isə mübahisəlidir. İddia olunur ki, mövcud ərazi kiçikdir. Bunun nə qədər dəqiq olub-olmadığını söyləyə bilmərik, son sözü mütəxəsislər deyə bilərlər. Lakin fakt bundadır ki, gözəl rəhbərliyə və kollektivə malik, rəngarəng tamaşalar nümayiş edilən dram teatrı çox çətin günlərini yaşayır. Məsələyə biganə qalmaq ən azından böyük məsuliyyətsizlikdir. Şəhərdə teatr binasının olması mütləq vacibdir. Dərbənd teatrı heç də az tarixə malik deyil. Bu il mədəniyyət ocağının rəsmi status almasının 115, dövlət teatrı statusu almasının isə 85 illiyi tamam olur. Fəaliyyəti dövründə bir sıra respublika və regionlarda uğurlu çıxışlar edən teatr Dərbənd azərbaycanlılarının qürur mənbəyidir.

Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının N. Gəncəvi adına parkın ərazisində inşası ən uğurlu variantdır. Şəhər meriyası yenilənib, problemin Azərbaycan tərəfindən həlli yubanmadan aparılmalıdır. Nəzərə almaq lazımdır ki, Nizami parkının qurulması üçün şəhər meriyası tərəfindən müsabiqə elan olunub, artıq müxtəlif layihələr qəbul edilir. Hətta Moskvadan belə gəlib parkın bərpası üçün layihələrini təqdim edənlər var. 6,5 hektarlıq parkda konsert və teatr tamaşalarını göstərmək üçün zonanın yaradılması, müxtəlif əyləncə mərkəzlərinin, o cümlədən, kafelərin və sair obyektlərin inşası planlaşdırılır. Aldığımız məlumata görə, layihə təqdim edənlər sırasında azərbaycanlı yoxdur. Necə olur ki, bizim pullular Dərbənddə dükan, restoran açırlar. Yəni “obyekt təfəkkürü”ndən o yana keçə bilmirlər. Heç kim fikirləşmir ki, bizimlə həmsərhəd olan və 150 mindən çox etnik azərbaycanlının yaşadığı şəhərə investisiya qoyub N. Gəncəvi adına parka sahib çıxsın. Qala divarları yaxınlığında yerləşən bu məkan həm də millətimizin qədimliyinin nümunəsidir. Olmazmı ki, parkın boş qalan hissəsində müasir tipli və milli koloritlərlə bəzədilmiş, bütün dərbəndlilərin zövqünü oxşayan məkan yaradılsın? Bəzi məmurlarımız və iş adamlarımız yüz milyonlarla pulu başqa xarici ölkələrə səpələyirlər. Onların arasında millətimizin, qədim tariximizin və mədəniyyətimizin təəssübünü çəkən bircə nəfər yoxdurmu? Elə əsrlər boyu kökümüzə bu cür biganə yanaşmışıq ki, beş min ilə yaxın yaşı olan Dərbənd yadlardadır. Heç olmasa, indi hərəkətə keçək.

Bir məsələ də maraqlıdır. Görəsən, Azərbaycan Respublikası Prezidentinin ayırdığı vəsait hansı dövlət qurumundadır? Sənədə əsasən, prezidentin ehtiyat fondundan mədəniyyət və turizm nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb. Maliyyə nazirliyi isə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməli idi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdı ki, sərəncamda qarşıya qoyulan digər məsələləri həll etsin. Lakin hərəkətsizlik göz qabağındadır. 5 milyon vəsaitlə bağlı Dərbənd azərbaycanlıları arasında müxtəlif söz-söhbətlər gəzir. Çoxları inanmır ki, həmin vəsait təyinatı üzrə xərclənəcək. Nə maliyyə nazirliyi, nə də mədəniyyət nazirliyi bu məsələ ilə bağlı heç bir açıqlama vermirlər.

Azərbaycan prezidenti öz üzərinə düşən vəzifəni yerinə yetirib. İndi qalıb nazirlər kabineti rəhbərliyinin əməli işə keçməsi. Digər bir mühüm nüansa da diqqət yetirmək lazımdır. Prezident Azərbaycan Dövlət Dram Teatrı binasının yenidən qurulması haqqında sərəncam verib. İndi isə söhbət yeni binanın tikilməsindən gedir. Fərqli məsələlərdir. Yəqin ki, problemlə bağlı yeni sərəncam veriləcək.

Bu yaxınlarda Dərbənd şəhərində keçirilən ictimai təşkilatların “Dəyrimi masa”sında Dərbənd Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatının sədri Telman Tahirli teatr binası üçün yer ayrılması məsələsini növbəti dəfə qaldırıb. Bundan bir müddət əvvəlsə sözügedən problemlə əlaqədar Rusiya Federasiyasının prezidenti Vladimr Putinə məktub ünvanlayıb. Dağıstan respublikası mədəniyyət nazirinin birinci müavini M. Telyakavovun cavab məktubunu rus dilində olduğu kimi nəzərinizə çatdırırıq(məktubun fotoşəkilini aşağıda təqdim edirik): “Уважаемый Тельман Тагирович! В соответствии с Вашим письмом на имя Президента Российской Федерации, зарегистрированное за № 262502 от 01.04.2019 г., по оказанию содействия в решении вопроса строительства Азербайджанского государственного драматического театра в г. Дербенте, сообщаем. Министерством культуры и туризма Азербайджанской Республики в 2016 году, в рамках сотрудничества в гуманитарной сфере между Российской Федерацией и Азербайджанской Республикой, разработана проектно-сметная документация на строительство здания ГБУ Азербайджанский государственный драматический театр сметной стоимостью 1024 350,07 тысяч рублей в текущих ценах IVквартала 2016 г. Администрацией ГО город Дербент распоряжением от 21.08.2017 г. сформирован земельный участок площадью 12 452 кв.м. От 12 сентября 2017 года получен кадастровый паспорт на земельный участок с кадастровым номером 05:42:000062:1330, площадью 12 452 кв.м., с видом разрешенного использования: дляразмещения объекта культуры. 16.04.2019 гпо инициативеМинкультуры РД, для окончательного решения вопроса выделения земельного участка для строительства театра, в здании Правительства РД было проведено рабочее совещание с участием всех заинтересованных сторон, в том числе представителей Администрации ГО город Дербент. На совещании было проведено всестороннее обсуждение данного вопроса. Однако, ввиду возникших спорных вопросов, в частности нецелесообразности размещения объекта культуры в парковой зоне по мнению представителей администрации ГО город Дербент, окончательного решения принято не было. В этой связи, будет рассматриваться необходимость созыва дополнительного совещания в ближайшее время. После определения конкретного участка под строительство театра, разработанная Министерством культуры и туризма Азербайджанской Республики проектно-сметная документация будет отредактирована. Вместе с тем, сообщаем, что в соответствии с положениями статьи 11 Земельного кодекса Российской Федерации, пункта 26 статьи 16 Федерального закона от 06.10.2003 №131-ФЗ Об общих принципах организацииместного самоуправления в Российской Федерации,полномочия в части установления правил землепользования и застройки территорий городских и сельских поселений, резервирования земель, выдачи разрешений на строительство на территории городского округа, в данном случае относится к вопросам администрации ГО город Дербент”.

Hər şey aydındır. Dərbənd şəhər meriyası N. Gəncəvi adına parkın ərazisində teatr binasının tikilməsinə razılıq vermir. Dağıstan mədəniyyət nazirliyi rəsmisinin cavabına əsasən, mövcud problemlə bağlı yaxın vaxtlarda yenidən müşavirə keçiriləcək. Gözləyək!

Mövzuya qayıdacağıq.

Müqəddəs Mehdiyev
Teref.az
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.