İcra başçısı Füzulidə iğtişaş yetişdirib

14-10-2019, 03:49           
İcra başçısı Füzulidə iğtişaş yetişdirib
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev karyerasının son anlarını yaşa bilər. Bununla bağlı eksklüziv olaraq aktualxeber.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, rayonda bir təyinatla bağlı onun əleyhinə etiraz aksiyasının keçirilməsi icra başçısının “yuxarılar” qarşısındakı etimadını sıfıra endirə bilər. Etirazlara səbəb isə icra başçısının birinci müavini Bağır Aslanovun əli ilə aldığı külli miqdarda rüşvət müqabilində reallaşdırdığı bir təyinatdır. Belə ki, bu yaxınlarda Füzuli Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Cümşüd Məmmədovun hədə qorxu yolu ilə zorla ərizəsi alınaraq işdən kənarlaşdırılmışdır. Onun yerinə isə Alı Alıyev Füzuli rayon səhiyyəsini bərbad etmiş baş həkim Natiq Şükürovun qardaşı oğlu olan Şaiq Şükürovu qanunsuz olaraq təyin etdirmişdir. C. Məmmədov bu qanunsuz təyinata tabe olmayaraq hələ ki, möhürü təhvil verməyib məhkəməyə müraciət etmişdir. Yeni təyinatdan narazı olan səhiyyə işçiləri dünən aksiya da keçiriblər. Eksklüziv görüntüləri sizlərə təqdim edirik.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.