"Hərə özünə bir “knijka” düzəldib jurnalist olub." - Aygün Muradxanlı yazır FOTO

22-09-2020, 18:45           
"Hərə özünə bir “knijka” düzəldib jurnalist olub." -
Hərə özünə bir “knijka” düzəldib jurnalist olub. Bu sifətlərə və “jurnalist vəsiqələri”nə yaxşı baxın. Sonra da deyirik, biz informasiya məsələsində ermənilərə uduzuruq. Əgər hər yoldan ötən bu ölkədə “jurnalist” ola bilirsə, nə Mətbuat Şurası, nə Prezident Administrasiyasının strukturları, nə Daxili İşlər Nazirliyi, nə prokurorluq orqanları bu adamlarla bacara bilmirsə, deməli, günah ermənidə deyil.

Özünü 6 saytın baş redaktoru kimi təqdim edən Çingiz Qurbanoğlu Nərimanov rayonundakı bir qadın salonuna hücum edib ki, mənə 250 manat verin, yoxsa, bu dəqiqə sizi bağlatdırıram. Niyə? Sizin lazer aparatınızda bir nəfər yanıb, mənə şikayət yazıb. Verirsiz, verin, vermirsiz Nərimanov polisində adamlarım var, tökəcəm salona sizin başınıza oyun açacam. “Ay adam, ay insan, kimi yandırmışıq, haçan yandırmışıq” soruşublar, 5 dəqiqədən sonra bir “şüvən” gəlib ki, məni. O da cibindən “jurnalist” vəsiqəsi çıxarıb. Bir həyasızlıq salıb, bir qiyamət qoparım, sözlə deyiləsi deyil. Bu iki “jurnalist”in salondakı həyasızlığının səsyazısını dinlədim, heyrət etdim((( Nə qədər özgüvən... Sanki polis, prokurorluq bunların göstərişlərilə oturur-durur.

Salonun sahibi yaxın rəfiqəmdir. Uzun illərdir tanıyırıq bir-birimizi. Haqqında bir fakt deyim, necə biri olduğunu təxmin edin. Ailə üzvləri arasında Milli Ordumuzun neçə zabiti var. Oğlu Aviasiya Akademiyasını yüksək qiymətlərlə bitirdi və hərbi aviasiya mühəndisidir. İndi küçədən keçən bir gəda ilə bir ləçər “jurnalistəm” deyib ona hücum edirlər.


Çingiz adlı bu yaramaza zəng elədim. Deyirəm, sən nə haqla salona hücum eləmisən? Deyir, şikayət var. Deyirəm, şikayət varsa, sən onu işıqlandıra bilərsən, sənin işin bura qədərdir. Dedi, o sənə elə gəlir..., mənə jurnalistlik öyrətmə. 6 saytım var, 1992-ci ildən də baş redaktoram. Dedim, Mətbuat Şurasına deyəcəyik, güldü. Dedi, mən onların üzvü deyiləm, arxam da möhkəmdi, heç kim mənə heç nə edə bilməz.

Onu da deyim ki, heç bir xəsarət faktı yoxdur, ola da bilməz. O aparat elə tək bizim evdə 3 nəfərə xidmət edir... Yüksək keyfiyyətlidir. Adi qızartı yaranıb ki, 2-3 saata keçir gedir. Tərəfləri danışdırdıq və ortaya çıxardığım nəticə budur - bu iki “jurnalist” rastgələ salon seçir, orda xidmət alır, xidmətlə bağlı saxta ittiham irəli sürür və sahiblərindən pul qoparır. “Jurnalistəm” səni biabır edəcəm, salonu bağlatdıracam hədə-qorxusu ilə.

Əgər bu və bunun kimi “jurnalistlərlə” bağlı hüquqi tədbir görülməyəcəksə, ermənilər Gəncəyə qədər gələcək. İnformasiya mühitindəki biabırçılıqların, özbaşınalıqların kökü hara bağlıdır, bilən var?????

P.S. Statusu oxuyan bir dostumuz yazıb ki, indi biri iş yerimə gəlmişdi, qoltuğunda Ayətül-Kürsi ki, 800 borcum var, pul ver. Adamı tanımır... eləcə qapısını açıb deyir ki, salam, pul ver.
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.