Saatlı təhsil şöbəsinin müdirinin rüsvayçı keçmişi: Bəylikdə onu niyə qovublar? – TƏFƏRRÜAT

29-04-2015, 16:20           
Saatlı təhsil şöbəsinin müdirinin rüsvayçı keçmişi: Bəylikdə onu niyə qovublar? – TƏFƏRRÜAT
Saatlıda qalmaqallı məktəbdə özbaşınalıq davam edir. Rayonun Məzrəli kənd tam orta məktəbində qanunsuzluq aşkar şəkildə həyata keçirilir.

Tia.az-ın xəbərinə görə, təhsil naziri bu məsələyə müdaxilə etməsə, problem heç zaman həllini tapmayacaq.
Qeyd edilir ki, bütün işlərin başında Saatlının təhsil şöbəsinin müdiri dayanır. Ona isə “gözün üstə qaşın var” deyən yoxdur. Nə rayon icra hakimiyyəti, nə də nazirlikdən baş verənlərlə maraqlanırlar.
Təhsil şöbəsinin müdiri Şamil Nurəliyev məktəbdə bildiyi qərarları verir. Şamil Nurəliyevin özü və adamları məktəbi viran qoymaqda davam edirlər. 2013-cü ildə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işləyən Aynurə Əzizova hicablı olmağına görə işindən azad olundu.
Bu tapşırığın rayon rəhbərliyindən verildiyi bildirildi. Tamamilə qanunsuz və vicdan azadlığına zidd bir qərar verildi. Halbuki məktəb kollektivi və rəhbərliyin ondan hər hansı narazılığı olmayıb. Üstəgəl, bununla məktəbdə bir fitnə, nifaq salmağa çalışdılar.
Çünki Aynurə Əzizova müavinlikdən çıxarılmasında məktəb direktorunu günahkar bildi. Ona görə Əzizova öz yaxın ətrafı ilə həmləyə keçib direktoru vəzifəsindən kənarlaşdırmağa səy göstərdi. Əslində bütün fitnənin, pozuculuq işlərinin önündə təhsil şöbəsinin müdiri Şamil Nurəliyev gedir.
Ş.Nurəliyev vaxtilə rayonun Bəylik kənd məktəbində xoşagəlməz hərəkətinə əhali tərəfindən qovulub. Onun əməllərindən rayon camaatının xəbərdar olduğunu yazan şikayətçilər belə bir şəxsin vəzifədə qalmasını layiq bilmirlər.
Onların fikrincə, təhsil naziri təcili olaraq rayona yoxlama göndərməli, o cümlədən şöbənin fəaliyyətini araşdırmalı, habelə Nurəliyev haqda səsləndirdikləri bu iddiaları da nəzərdən keçirməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.