Rza Zərrabın bacısının ərinin “Baku Electronics”inin vergi borcu qalıb - 177 min manatdan çox

12-05-2024, 08:44           
Rza Zərrabın bacısının ərinin “Baku Electronics”inin vergi borcu qalıb -
Rəqəmsal və məişət texnikasının satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan "Baku Electronics”in dövlət büdcəsinə 177656.18AZN vergi borcu qalmaqdadır.

32gun.az xəbər verir ki, "Baku Electronics” adlı mağazalar şəbəkəsi "Baku Electronics” MMC-yə bağlıdır.

Məlumat üçün bildirək ki, 9 fevral 2001-ci ildə dövlət qeydiyyatına alınan "Baku Electronics” MMC-nin nizamnamə kapitalı 15 milyon 146 min 300 manat təşkil edir.

MMC-nin qanuni təmsilçisi Saeid Nakhjavanıdir.

Onu da bildirək ki, "Baku Electronics” MMC-nin sahibi 1988-ci ildən Türkiyədə fəaliyyət göstərən "NAB Holdinq” şirkətidir.

(Aşağıdakı Fotoda olan şəxs Behram Eromidir)

NAB Holding'in Zirvesinden: “NAB'ER Hepimizin Dergisi Olacak.” #1 - NAB Holding Haberleri - NAB'ER Dergisi

Yerli mediada gedən məlumatlara görə, "NAB Holdinq" şirkəti 1994-cü ildən Azərbaycanda geniş biznes şəbəkəsinə malikdir. "Bank of Baku", "Baku Electronics", "Qafqaz Lizinq", "Auto Azərbaycan" kimi şirkətlərin əsas sahibi "NAB Holdinq" şirkətidir. "NAB Holdinq" şirkətinin fəaliyyəti Azərbaycan mətbuatında tez-tez gündəmə gətirilir. Bu şirkətin fəaliyyətində şübhəli məqamların olduğundan bəhs olunur. Eromi ailəsinin - Nadir, Şahram, Behram (Rza Zərrabın bacısının əri), Amid (Rza Zərrabın bacısının oğlu), o cümlədən də əmlakı müsadirə olunan Omid Erominin (Behram Erominin qardaşı oğlu) adı yuxarıda adları qeyd olunan şirkətlərin rəsmi sənədlərində də yer almaqdadır. "NAB Holdinq" şirkəti Türkiyədə rəsmi qeydiyyatdadır və baş ofisi İstanbulu Sarıyer məhəlləsindəki Heydər Əliyev küçəsində yerləşir.

Hazırda 35%-lik pay ilə "Bank of Baku”nun ən böyük səhmdarı "NAB Holdinq”dir.

Qeyd edək ki, Türkiyə mətbuatında "NAB Holdinq”in İdarə Heyətinin sədri Behram Erominin İran əsilli məşhur iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu yazılıb və bu məlumat bu günə kimi təkzib olunmayıb.

XATIRLATMA...

Bu ilin mart ayında "Baku Electronics” MMC-nin yığılmış vergi borcunun 11 mart 2024-cü il tarixinə 1 milyon 213,7 min manat təşkil etdiyi bildirilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.