Hacıbala Abutalıbovun "kassiri"nə qarşı ittiham var - Bakı Baş Maliyyə İdarəsinin rəisi kimə güvənir?

1-05-2015, 12:48           
Hacıbala Abutalıbovun "kassiri"nə qarşı ittiham var - Bakı Baş Maliyyə İdarəsinin rəisi kimə güvənir?
Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi Elçin Əliyevin adı mətbuatın gündəminə tez-tez gəlir. Yazılanlara görə, onun işində yol verdiyi ciddi nöqsanlar dövlət büdcəsinə öz təsirini göstərir. Bu haqda bir qədər sonra. Diqqətinizə çatdırmaq istəyirik ki, sözügedən idarə Maliyyə Nazirliyinin tabeliyində ərazi struktur bölməsidir.

Qurum Bakı şəhəri üzrə maliyyə, büdcə, mühasibat uçotu və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanmasında səlahiyyətləri daxilində iştirak edir, dövlət büdcəsinin paytaxt üzrə yerli xərclərinin layihəsinin qanunvericiliyə uyğun hazırlanması və Maliyyə Nazirliyinə təqdim olunmasını həyata keçirir. Bundan başqa, idarə büdcə sistemi, vergi, dövlət xəzinədarlığı sahəsində normativ hüquqi tənzimlənmənin həyata keçirilməsində səlahiyyətləri daxilində iştirak edir. Mötəbər qaynaqlar isə iddia edir ki, paytaxt üzrə yerli xərclərin layihəsi qanuna uyğun formada hazırlanmır: "İdarə rəisi vəzifə səlahiyyətlərindən kənara çıxaraq layihələrin hazırlanmasını özünəməxsus "qayda"da həyata keçirir. İl ərzində paytaxtda görülən dövlət sifarişli layihələrin maliyyə büdcəsi olduğu kimi sənədlərdə öz əksini tapmır. Bakı Baş Maliyyə İdarəsinin səlahiyyətinə aid olan məsələlərin icra olunmasında müxtəlif formalı qüsurlar mövcuddur. Bu isə idarənin rəhbəri tərəfindən həyata keçirilən qeyri-qanuni işlərlə bağlıdır. Rəis idarənin strukturuna daxil olan şöbə müdirlərinə təsir göstərərək sanki onları qanunları pozmağa məcbur edir. Paytaxt rayonlarının maliyyə idarələrinin müdirləri bu şəxslə mütləq hesablaşmalıdır. Əks halda, rəis onlara əlavə problemlər yarada bilər". Bu günlərdə Bakı Baş Maliyyə İdarəsinin rəisinin biznes fəaliyyəti ilə məşğul olması haqda maraqlı məlumatlar yayılıb. Daha doğrusu, vətəndaş Əli Mahmud oğlu Əkbərov müxtəlif saytlara şikayət edib. O bir sayt vasitəsilə prezidentə yazdığı şikayət məktubunda bunları qeyd edib: "Məlumat üçün bildirirəm ki, uzun illərdir mən ailə üzvlərimlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, ev 55/57 ünvanında yaşayıram. Mənim evimə yaxın məsafədə yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 55 ünvanında isə Əliyev Elçin Rəhim oğlu yaşayırdı. Lakin 2014-cü ildə Əliyev Elçin Rəhim oğlu həmin evi sökdürərək yerində qanunsuz olaraq qeyri-yaşayış binasının inşasına başladı. Xeyli müddətdir ki, həmin tikilinin inşası davam edir və tikinti zamanı bilavasitə mənim mülkiyyət, eyni zamanda qonşuluq hüququm pozulub. Belə ki, o həmin qeyri-yaşayış binasını Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müvafiq tələblərini pozmaqla mülkiyyət hüququ üzrə mənə məxsus fərdi yaşayış evinə 1 metr ara məsafədə inşa etdirib. O mülki hüquq münasibətlərini tənzimləyən hüquq normalarına, həmçinin digər qanunvericlik aktlarına, tikinti normaları və qaydalarına əməl etmədən qanunsuz olaraq həmin binanın tikintisinə başlamış və hazırda inşasını davam etdirir. Dəfələrlə bu barədə onunla söhbət aparmışam, gələcəkdə hər hansı bir mülki mübahisənin baş verməməsi üçün qonşuluq prinsipinə uyğun məsələnin könüllü şəkildə həll olunmasını təklif etmişəm. İlk söhbətimizdən sonra mülkiyyətimdə olan evi satın almaq qərarına gəlmiş, lakin sonradan evi daha ucuz qiymətə məndən almaq üçün aramızda olan razılığı pozmuşdur. Elçin Əliyev elə hesab edirdi ki, inşa etdirdiyi qeyri-yaşayış binası evimə bitişik vəziyyətdə olduğundan evimi ona ucuz qiymətə satmaq məcburiyyətində qalacam. Bu səbəbdən də o aramızda baş tutmuş razılığı məqsədli şəkildə sonradan pozdu. O qeyri-yaşayış binasını gələcəkdə qazanc əldə etmək məqsədi ilə inşa etdirir. Həmin binanın evimə baxan hissəsində 40 sayda pəncərə var". Vətəndaşın şikayətinə baxmayaraq, maliyyə idarəsinin rəisi tikinti işlərini davam etdirib. "Nəsimi" metrostansiyasının bir neçə metrliyində ucalan tikilidə son tamamlama işləri gedir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.