“Putinin qorxduğu iki prezident var” - “Tramp istəyir ki, heç kim onun kartlarını görməsin”
Dünən, 15:14
Polşa Prezidenti Anjey Duda hesab edir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-nin Ukraynaya nə qədər sərmayə qoyduğunu çox yaxşı bilir və bu investisiyalardan asanlıqla imtina etməyəcək.
“AzPolitika” xəbər verir ki, Duda bunu İsveçrənin “Neue Zuercher Zeitung” nəşrinə müsahibəsində deyib.
Ondan çoxlarının proqnozlaşdırdığı kimi, Trampın Ukraynanı tərk edəcəyinə inanıb-inanmadığını soruşublar.
Prezidenti cavab verib ki, Tramp əvvəlki prezidentliyi dövründə, eləcə də son dörd ildə “ABŞ-nin Ukraynaya nə qədər siyasi sərmayə qoyduğunu” çox yaxşı bilir: “Mən düşünmürəm ki, o, belə sərmayələrdən imtina etsin.Həmkarlarım Trampın Ukraynada nə edəcəyi ilə bağlı narahatlıqlarını bildirəndə mən gülümsəyərək deyirəm ki, Trampın özünə məxsus hesab etdiyi nəyisə ondan götürməyə cəhd edin”.
Onun sözlərinə görə, Vladimir Putinin həqiqətən qorxduğu “dünyada cəmi iki prezident var”. Bunlar Çin başçısı Si Cinpin və Trampdır: “Çünki Donald Tramp güclü insandır və o, həyatında bir çox mühüm qərarlar qəbul edib.Nəticədə çox vaxt böyük investisiyalar qoyulub. O, böyük iqtisadi təcrübəyə malikdir. Vladimir Putin üçün isə onun gələcək qərarlarını proqnozlaşdırmaq mümkün deyil. Donald Trampın düşüncə tərzi siyasətçi üçün atipikdir, lakin eyni zamanda o, öz qiymətləndirmələrində çox dəqiqdir”.
Tramp, Dudanın sözlərinə görə, “çox məntiqli və praktiki” düşünür: "Amma o, gələcək planlarından danışanda çox müəmmalı olur: gələcəkdə hansı üsullardan istifadə edəcəyini dəqiq demir. Bunu ona görə edir ki, onun kartlarını heç kim görməsin".