Böyük Britaniya Silahlı Qüvvələri "dron qatili" adlandırılan yönləndirilmiş enerji radiotezlik silahının (RFDEW) ilk uğurlu sınağını keçirib. Bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu silah sistemi bir kilometrə qədər məsafədə hədəfləri vura bilir və hər atış 10 pensə başa gəlir.
Qeyd edilir ki, yeni silah pilotsuz uçuş aparatlarının içərisində elektron komponentləri məhv etmək və ya zədələmək üçün yüksəktezlikli dalğalardan istifadə edir. RFDEW hava, yer və dəniz hədəflərini vura bilər.