Bakıdakı McDonalds-lar bağlanır - ABŞ-ın Azərbaycan dövlətinə yönəlik təhdid siyasətinə tutarlı cavab
1-05-2015, 15:16
Bakıda fəaliyyət göstərən McDonalds restoranları bağlanacaq. Bu barədə GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bildirilir ki, dünyanın bir sıra ölkələrində adıçəkilən restoranlar şəbəkəsi ilə bağlı bağlanma qərarı verilib. Artıq Rusiyada fəaliyyət göbstərən bütün McDonalds restoranlarının bağlanması ilə əlaqədar rəsmi qərar verilib. Orta Asiyanın bir çox dövlətlərində, Belarusda isə ümumiyyətlə McDonalds restoranlarının fəaliyyəti qadağandır. Azərbaycanda isə paytaxtın bir sıra yerlərində McDonalds restoranları fəaliyyət göstərir.
Lakin dünyada bu günə qədər McDonalds restoranlar şəbəkəsi ilə bağlı münasibət və dövlətlərin rəsmi mövqeyi eyni deyil. Bir sıra ölkələrdə düşünürlər ki, bu restoranlar şəbəkəsi dünyada ABŞ xəfiyyə sisteminin formalaşması və fəaliyyətini genişləndirməsi üçün mükəmməl bir ticari vasitədir. Azərbaycanda McDonalds restoranlar şəbəkəsinin rəhbəri ABŞ-ın Azərbaycandakı sabiq səfiri Stenli Eskuderodur. Onun adı azərbaycanlılara kifayət qədər yaxından tanışdır. Stenli Eskuderonun adı hətta Bakı kəndlərində vətəndaşların pay torpaqlarının mənimsənilməsində, qanunsuz olaraq ələ keçirilməsində də hallanıb. Məsələn Bakının Ləyiş bağları deyilən ərazidə yaşayan insanlar Eskuderodan ciddi şəkildə narazı idilər. Həmin narazılıq hələ də qalır.
Məlumat üçün qeyd edək ki, ilk dəfə Amerikada açılan “McDonalds” restoranları Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir, rayonlarda bu tip restoranlar açılmayıb. Amerika həyat tərzini, o cümlədən iaşə və qidalanma mədəniyyətini təbliğ edib yaymaq üçün dünyanın bir çox ölkələrində “McDonalds”lar açılıb. Azad cəmiyyətin simvolu sayılan “McDonalds”ın 120 ölkədə 17 minədək restoranı var. Bu restoranlar, necə deyərlər, ayaqüstü qidalanmaq üçündür və təcili yemək hazırlayır.
Qırxıncı illərin sonunda Dik və Mak Makdonald qardaşları San-Bernardinoda (Kaliforniya) sürücülər üçün açdıqları kiçik restoranı təkmilləşdirmək üçün yeni üsullar axtarırdılar. 1954-cü ildə südlü kokteyl hazırlayan maşınlar üzrə ticarət agenti Rey Krok Makdonald qardaşlarının restoranını ilk dəfə öz gözləri ilə gördü. O zaman Rey Krokun 52 yaşı vardı. Bu yaşda çoxları təqaüd haqqında düşünür. Krok isə bu gün McDonald’s kimi tanıdığımız həmin şirkətin əsasını qoydu. 15 yaşında məktəbi atıb Birinci Dünya Müharibəsi zamanı Qırmızı Xaç Cəmiyyətinin “Təcili Yardım” maşınında sürücü işləyən Krok, həm də xəyalpərəst idi...
Ticarət agenti kimi, o hər zaman satış üçün hazır məhsul axtarışında idi. Rey Krok bu işə Çikaqoda küçə satıcılarına kağız stəkanlar satmaqla başladı. Floridada daşınmaz əmlak sahəsində özünü sınadı və nəhayət, kokteyl hazırlamaq üçün Multi-Mixer maşınlarının müstəsna distribütoru kimi gəlirli biznes qura bildi.
GUNDEMİNFO.AZ Bakıda fəaliyyət göstərən McDonalds restoranlarınbağlanması ilə bağlı əlaqədar olduqca ilginc bir informasiya daxil olub. Məlumatlara əsasən bir müddət əvvəl mannatın devalvasiyasından sonra ticarət obyektlərində qiymətlərin süni artırılmasının qarşısını almaq üçün aparılan monitorinqlər nəticəsnidə ciddi nöqsanlar aşkarlanıb. Bəlli olub ki, əslində qiymətlər ənənəsinə zidd olaraq McDonalds -larda bahadır. Hansı ki, yuxarıdakı arayışdan da bəlli olurdu ki, bu restoranlar əslində sadə və kasıb sürücülər üçün yaradılıb.
Bundan başqa adıçəkilən restoranların qapadılması ilə bağlı olaraq saytımıza informasiya verən mənbə iddia edir ki, McDonalds-ların bağlanması həm də siyasi yöndən baş verən olaylarla ilgilidir. İnformasiyaya əsasən son zamanlar ABŞ-ın Azərbaycan dövlətinə yönəlik addımları, ölkəmizin daxili işlərinə kobud müdaxilələr bu restoranlarla bağlı qərarın icrasını kifayət qədər sürətləndirib. Yuxarıda da qeyd etdik ki, əslində McDonald-lar ABŞ kəşfiyyat sisteminin fəaliyyətini bərqərar etmək üçün qurulmuş bir şəbəkə kimi tanınır. Bu məqamı nəzərə alsaq, o zaman Bakıda fəaliyyət göstərən adıçəkilən restoranların qapadılması ilə bağlı deyilənlərin heç də az həqiqət yüklü olmadığı ortaya çıxır. Araşdırmalarımız zamanı məlum oldu ki, Bakının 11 yerində McDonalds restoranları var . «Fəvvarələr meydan», «Gənclik», «Nərimanov», «Memar Əcəmi», «Əhmədli», «Neftçilər», «28 may» metrostansiyaları,, Şüvəlan qəsəbəsi, «Park Bulvar», «Hava limanı», «Aygün sity» ticarət mərkzələrində fəaliyyət göstərən bu şəbəkələrin gəlirləri barədə heç bir informasiyaya rast gəlmək mümkün deyil
Hətta McDonalds-ların təsisçisinin kimliyi barədə belə restoranlar şəbəkəsinin rəsmi saytında heç bir bilgi əldə etmək mümkün deyil. Sadəcə olaraq McDonalds-ın Bakı nümayəndəliyinin rəhbərinin Maqsud Mirzəyev olduğu barədə məlumat əldə etmək mümkündür. Vergilər Nazirliyinin ticarət və xidmət sektoru üzrə iri vergi ödəyiciləri arasında bu restoranlar şəböəkəsi barədə də bilgə əldə etmək mümkün deyil.
GUNDEMİNFO.AZ-ın əməkdaşlarının apardıqları araşdırmalar zamanı bəlli olub ki, artıq restoranların qapadılması ilə bağlı olaraq hazırlıq işləri barədə göstəriş verilib. Hətta bildirilir ki, son bir aya qədər bu restoranlarda çalışan 700 nəfərə yaxın işçinin yarısına ixtisarların olacağı barədə xəbərdarlıq da edilib. Bununla belə bu informasiyaları verən mənbə israr edir ki, restoranların qapadılması qərarı daha çox siyasi yanaşmalarla bağlıdır. Çünki McDonaldslar mövcud ölkənin büdcəsinə deyil, ABŞ hökumətinə daha çox fayda verir. Həm də Rəsmi Vaşinqtonun son zamanlar Azərbaycan dövlətinə yönəlik təxribat xarakterli siyasi yanaşması və ortaya çıxan ilginc faktlar bu restoranların Azərbaycanda gələcək üçün uğurlu fəaliyyətini sual altına qoyur.
Yazılanlarla əlaqədar qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.