Zahid Orucun sorğu tragikomediyası: xalqı, yoxsa prezidenti aldadırlar?

23-06-2022, 11:27           
Zahid Orucun sorğu tragikomediyası: xalqı, yoxsa prezidenti aldadırlar?
2019-cu ilin fevralında Prezident İlham Əliyevin sərəncamı ilə ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim etmək məqsədi ilə Sosial Tədqiqatlar Mərkəzi (STM) yaradıldı və millət vəkili Zahid Oruc mərkəzin İdarə Heyətinin sədri seçildi.
Əslində ilk anlaşılmazlıq STM yaradılanda baş verdi. Bununla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, 2019-cu il fevralın 8-də verilən fərmana 2 gün sonra – fevralın 11-də düzəliş edilmişdi. Sən demə, fərmanda STM-in idarəçiliyi ilə bağlı bənd yox imiş. Zahid Orucun namizədliyi müzakirə olunub və onun STM-ə rəhbər gətirilməsi ilə bağlı razılıq əldə edilib. Sərəncam imzalananda bəlli olub ki, fərmanda quruma rəhbərlik nəzərdə tutulmayıb. Zahid Orucun da sərəncamı bu düzəlişdən sonra verilmişdi. Bəs yaradıldıqdan sonra bu mərkəz gözləntiləri həyata keçirdimi? Ən əsası da hər sadə azərbaycanlını maraqlandıran bir sual var. Aşağıların həqiqətloərini yuxarılara olduğu kimi çatdırdı, yoxsa, yuyub, ütüləyib süzgəcdən keçirəndən sonra? Elə o vaxt çoxları bu qənaətdə idi ki, bu qurum daha çox Sosial Tərif Mərkəzi rolunu oynayacaq. Bu qənaətə gəlməkdə Zahid Orucun 20 ildən artıq deputatlıq fəaliyyətinin də rolu danılmazdır və sonrakı fəaliyyət bu ehtimalı təsdiqlədi.
Zahid Oruc bu vəzifəyə təyin olunanda demişdi: “Sosial Tədqiqatlar Mərkəzinin yaradılması dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gəlib. Məqsəd hakimiyyət institutlarına ictimaiyyətin münasibətini həm də bu yolla öyrənməklə dövlət quruculuğu prosesinə aktiv yön vermək, xalq qarşısında hesabatlı, şəffaf və ədalətli idarəçilik sistemini bərqərar etməkdir”.
Belə bir söz deyən adam saxtakarlıq edərmi? Baxmayaraq ki, onun deputat mandatı almasında saxtakarlıqların olduğu deyilirdi. Cumhuriyyet.az olaraq bildirək ki, Zahid Orucun ardıcıl 4 dəfə deputat olduğu Bərdə şəhər seçki dairəsindən namizədliyini vermiş iqtisadçı Nemət Əliyevin seçkidə pozulmuş hüququnu Avropa Məhkəməsi tanıyıb və buna görə Azərbaycan hökumətini cərimələyib. Yəni saxtakarlıq rəsmən tanınıb. Ancaq zaman dəyişib, 20 ildən artıq həmin mandatı daşıyan adama indi dövlət və vətəndaş arasında dürüst əlaqələr qurmağa görəv verilib. Həm də təkcə bu yox, STM-in Nizamnaməsində onun görəcəyi bir çox başqa işlər də var. Bunlardan biri də “ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və onları idarə etməkdir”.
Sosial Tədqiqatlar Mərkəzi bu günlərdə daha bir sorğunun nəticələrini ictimaiyyətə təqdim edib. Heç bir şərh vermədən həmin sorğudan bəzi məqamları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “Sorğu iştirakçılarının 32,5%-i Milli Məclisə tam, 37,7%-i əsasən etibar etdiyini bəyan edib. 4,7% respondent əsasən etibar etmədiyini, 22,2%-i isə heç etibar etmədiyini bildirib. 3,0% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.
Respondentlərin 37,6%-i məhkəmələrə tam, 24,0%-i isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 15,6%-i əsasən, 17,2%-i isə heç etibar etmədiyini qeyd edib. Respondentlərin 5,7%-i bu istiqamətdə mövqe bildirməkdə çətinlik çəkib.
Sorğu iştirakçılarının 35,8%-i Nazirlər Kabinetinə tam, 36,0%-i əsasən etibar etdiyini bildirib. Əks mövqedən çıxış edənlər isə ümumilikdə 23,6% təşkil edib (5,4%-i əsasən etibar etmir, 18,2%-i heç etibar etmir). 4,6% respondent mövqe bildirməkdə çətinlik çəkib.
Sorğu iştirakçılarının 22,7%-i yerli icra hakimiyyəti orqanlarına tam, 22,8%-i əsasən etibar etdiyini bildirib. 14,1% respondent əsasən etibar etmədiyini, 37,3% heç etibar etmədiyini qeyd edib. 3,2% respondent qərarsız mövqe nümayiş etdirib”.
Göründüyü kimi, Z.Orucun rəhbərliyi altında elan edilən sorğunun nəticələrinə görə Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti Məhkəmə sistemi, İcra hakimiyyəti, Nazirlər Kabineti və Parlament üzvlərinin fəaliyyətindən razıdır. Necə deyərlər ölkəmizdə qurdla quzu bir yerdə otlayır. Əgər durum hörmətli Zahid Orucun təqdim etdiyi kimidirsə, onda belə çıxır ki, Parlament binasının, Prezident Adminstrasiyasının, Baş Prokurorluğun qarşısında hər gün etiraza toplaşanlar xarici ölkə vətəndaşlarıdır. STM-in keçirdiyi sorğularda belə yumaristik nəticələr ilk dəfə deyil. Məsələn 2020-ci ilin avqustunda hörmətli Zahid Orucun rəhbəri olduğu təşkilatın “Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə” mövzusunda ictimai rəy sorğusuna görə cəmiyyətdə karantin rejiminin tələblərini pozanlara qarşı cərimələrin tətbiq edilməsinə münasibət müsbət olduğu kimi (79,6%) cərimə miqdarlarının artırılmasına da münasibətdə müsbət mövqe üstünlük təşkil edir. Yaxud 2020-ci ilin dekabrında Sosial Tədqiqatlar Mərkəzinin araşdırmasında qeyd olunur ki, əhalinin 90,4 faizi müharibə zamanı məlumatı televiziyadan alıb. Ən çox baxılan kanal isə güya 62,6 faizlə AZTV olub. Əhalinin cəmi 4,2 faizi internet televiziyalrından, 1,2 faizi isə sosial şəbəkə səhifələrindən informasiya əldə edib.
Bu nəticələr araşdırmanın diletant və reallıqdan uzaq olduğunu açıq şəkildə göstərir. Bir qədər diqqətli olsaq, bunu görmək heç də çətin deyil. Birincisi, sosial şəbəkələrə müraciət edənlərin sayının intetnet televiziyalarından az olması inandırıcı, hətta mümkün deyil. Çünki internet istifadəçilərinin məlumat aldığı ilk platforma məhz sosial şəbəkələrdir. Bir istifadəçi öncə sosial şəbəkələrə daxil olur və yalnız orada qabağına çıxan linki tıklamaqla media resursuna keçid edir. Digər media resursları kimi internet televiziyalar da öz məhsullarını sosial şəbəkələrdə reklam etməklə tamaşaçı kütləsi toplayırlar. Vətəndaşlar internet televiziyalarına sosial şəbəkə üzərindən daxil olursa, bu, böyük faizlə belə olur. İndi necə olur ki, sosial şəbəkələr internet televiziyalarda daha az göstəriciyə malik olur? Bu adi detal belə Sosial Tədqiqatlar Mərkəzinin araşdırmasının diletanlığından xəbər verir. Hələ bu sıraya Azərbaycan respondetlərinin 35.5%-nin Rusiya sülhməramlılarından müsbət nəticə gözlədiyiini, yalnlz 29%-nin bõlgədə təkcə Türkiyə sülhməramlılarının olmasının istəməsini də əlavə etsək Zahid Orucun STM-nin tragikimik sorğu mənzərəsitam aydın olar…
cumhuriyyet.azшаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.