Tibbi sığorta ilə müayinəyə gedən hərbi ekspertin qaynatasından 120 manat alınıb

19-07-2022, 10:22           
Tibbi sığorta ilə müayinəyə gedən hərbi ekspertin qaynatasından 120 manat alınıb
"Mərdəkanda yerləşən 26 saylı poliklinikanın qastrentoloqu Gülnar Ağayeva tibbi sığorta ilə müayinəyə gələn və mədəsi deşilən 85 yaşlı qaynatamdan 120 manat əlavə ödəniş alıb. Qəbzi isə 3 gündür verməkdən imtina edir. Həkim qəbz barədə açıqlamı yaşlı xəstənin özünün yenidən mikrorayonda Mərdəkana gətirilməsi zamanı verə biləcəyini deyir. Məsələ barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinə məlumat vermişəm. "
Teref.az xəbər verir ki, bu barədə xəbəri hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkədə paylaşıb. Ədalət bəy bildirilib ki, həkim aldığı ödənişin qəbzini isə 3 gündür xəstəyə verməkdən yayınır:
"İnanıram ki, bu ilk fakt ola bilməz və bunlar TƏBİB və hüquq mühafizə orqanları tərəfindən tam həcmdə araşdırılacaq. İstəsəniz səs yazılarını təqdim edə bilərəm."













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru