"Atamı Ucar rayon xəstəxanasında savadısz həkimlər öldürdü.."- Ucar RMX-ndan şikayətlər bitib tükənmir VİDEO

15-12-2022, 08:33           
"Atamı Ucar rayon xəstəxanasında savadısz həkimlər öldürdü.."-
Ucar rayonu H.Əliyev prospekti bina 31 mənzil 15 sakini Curullayev Kənan Akif oğlu tərəfindən

ŞİKAYƏT

16 noyabr 2022-ci il tarixdə atam Akif Curullayevin halı pisləşdi deyə Ucar rayon xəstəxanasına gətirdik.Həkim müayinə edib gah dedi ki, qan təzyizi qalxıb, gah dedi ki, ağciyərinə soyuq olub, gah dedilər ki, infakrt keçirib gahda da dedi ki, ürək çatışmamazlığıdır.Biz atamı Bakı şəhər xəstəxanasına aparılması üçün göndəriş istəsəkdə xəstəxananın direktoru Zeynal Bayramlı qanunsuz olaraq vermədi.
Bir neçə saatdan sonra atam həkim savadsızlığına və səhlənkarlığına görə vəfat etdi.
Biz indiyə qədər Ucar xəstəxanasına müraciət etməmişdik.Buna görə bilmirdik ki, Ucar xəstəxanasında savadlı həkimlər yoxdur, əks halda biz qonşu Göyçay rayon xəstəxanasına getsəydik indi atam həyatda idi ölməmişdir.Göyçay xəstəxanasında savadlı həkimlər çoxdur orada xəstələrlə mehriban davranırlar.
Ucar rayon xəstəxanasında isə təcrübəli və savadlı həkimləri direktor Zeynal Bayramlı didərgin salıb xəstəxanadan qova bilib.Xəstələr və onların yaxınları ilə Ucar xəstəxanasında kobud rəftar edirlər.Adi salamı belə pulla alırlar.
Zeynal Bayramlı Ucar xəstəxaansını çox bərbad vəziyyətə salıb.Hamı oranın fəaliyyətindən narazıdır.Zeynal Bayramlı rayonda insanlar arasında şaiyə yaydırıb ki, mənim yuxarılarda adamım var mənə gözün üstə qaşın var deyən olmayacaq.
Ucar xəstəxanası respublikada ən geri qalmış ən çox narazılıq yaratmışdır.
Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan xahiş edirəm atamı həkim səhlənkarlığına görə öldürən, insanların taleyi ilə oynayan dövlət xəstəxanasını viran günə qoyan direktor Zeynal Bayramlının barəsində tədbirlər görəsiniz.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru