Ukrayna Ali Radasına Baş nazir Denis Şmıqalın istefası haqqında qərar layihəsi təqdim edilib.
Daha sonra Ali Radanın iyulun 16-da keçirilən iclasında bununla bağlı Prezident Volodimir Zelenskinin təqdimatı səsə qoyulub və qəbul edilib.
Ali Rada Baş nazirin istefasını təsdiqləyib.
Onun yerinə hazırkı iqtisadiyyat naziri Yuliya Sviridenkonun namizədliyi irəli sürülüb.
Medianın yazdığına görə, gözlənilir ki, Şmıqal hökuməti tərk etməyəcək. O, müdafiə naziri ola bilər, hazırkı nazir Rüstəm Umerov isə ABŞ-yə səfir təyin ediləcək.