Azneft İB rəhbərliyinə sual; İşçidən xəbərsiz onun səsini yazıb,sonra şantaj etmək hansı qanunla tənzimlənir?
Bu gün, 07:08

Azneft İB rəhbərliyinin və hüquqşünasının diqqətinə
Cənab hüquqşünas :
-bu şikayət edən işçiyə qarşı hədə qorxu tədbiq etmək deyilmi?
-İşçidən xəbərsiz onun səsini yazıb,sonra şantaj etmək hansı qanunla tənzimlənir?
Bilirsinizmi ki;
-Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 12.4.
Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır.
Azərbaycan Respublikasının Konstitutsiyası , Maddə 57. 2. (Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır.)
Cavab və açıqlama hüquqşünas müəllimdən.
Rac Kərimov yazdı:
-Mirvari xanim mən siravi fəhlə vəzifəsində işləyirəm, qanunu o qədər də yaxşi bilmirəm.
Şikayət ərizəsini araşdirmağa gələn strukturun hüquqşunasi 8 nəfərdən ibarət təşkil olunmuş yiğincaq zamani heç kimə elan etmədən telefonun diktafonunu işə salmiş və danişiğlardan sonra şikayət edənə (hələ bir fəxrlə də) bildirir ki, telefon səs yazir və bu səs filan xidmətə göndəriləcəkdir.
Bu nə deməkdir? Bu xoxan-xoxan oyunudur, yoxsa müraciətlər haqqinda qanuna yeni əlavələr olub?
Bunun izahini verə biləcək kimsə varmi burada?
Mirvari Gahramanli
TEREF