"Barselona" dünyanın ən kasıb ölkələrindən birindən 44 milyon avro alacaq

Bu gün, 00:10           
"Barselona" dünyanın ən kasıb ölkələrindən birindən 44 milyon avro alacaq
İspaniyanın "Barselona” futbol klubu Konqo Demokratik Respublikası ilə (KDR) dəyəri 44 milyon avro olan sponsorluq razılaşması əldə etməyə yaxındır.

Qaynarinfo xəbər verir ki "Mundo Deportivo” nəşrinin məlumatına görə, müqaviləyə əsasən, klub dörd il ərzində hər il 11 milyon avro alacaq.

Razılaşma çərçivəsində "Barselona” komandasının formalarında "Konqo Demokratik Respublikası - Afrikanın ürəyi” loqosu yer alacaq. Kampaniya ölkədə turizmin inkişaf etdirilməsi məqsədi daşıyır. Bu cür tanıtım strategiyasına daha əvvəl, 2024-cü ilin iyun ayında Fransanın "Monako” klubu da qoşulmuşdu.

KDR mis, kobalt və uran ehtiyatları ilə zəngin olsa da, dünyanın ən kasıb beş ölkəsindən biri hesab olunur. Dünya Bankının məlumatına əsasən, ölkə əhalisinin 65 faizi gündəlik 2,15 ABŞ dollarından az gəlirlə yaşayır. Bununla belə, beynəlxalq maliyyə institutları Konqo Demokratik Respublikasının təbii resursları və geosiyasi potensialı baxımından gələcəkdə Afrikanın ən varlı dövlətlərindən birinə çevrilə biləcəyini bildirir. Hazırda KDR dünyada ən çox kobalt istehsal edən ölkə olmaqla yanaşı, Afrikada mis ixracında da lider mövqedədir. Bu iki metal isə elektromobillər, smartfonlar və digər yüksək texnologiyalı cihazların istehsalında əsas rol oynayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru