100 kiloqramlıq qız idman zalına getmədən ikiqat arıqladı

Bu gün, 16:48           
100 kiloqramlıq qız idman zalına getmədən ikiqat arıqladı
İngiltərədə 100 kiloqramlıq qız idman zalına getmədən arıqlamağı bacarıb.

Bu barədə "Daily Mail" yazır.

20 yaşlı Cessika Törner uşaqlıqdan artıq çəkidən əziyyət çəkib. 2020-ci ildə 15 yaşında ikən onun boyu 163 sm, çəkisi 105 kq olub.

COVID-19 pandemiyası zamanı evə qapanan yeniyetmə bu vaxtdan ağıllı şəkildə istifadə etmək qərarına gəlib. O, təkbaşına məşqlər etməyə başlayıb, bütün zərərli qidalardan imtina edib və proteinlə zəngin qidalara üstünlük verib.

Nəticədə, Törner çəkisinin yarısını itirib. Bundan əlavə, arıqlama təcrübəsi ona məşhur fitnes təlimatçısı olmağa imkan verib.

Qız bildirib ki, əvvəllər onu ələ salan bir çox keçmiş sinif yoldaşları onun sosial şəbəkələrdəki səhifələrinə abunə olublar.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru