DSX generalı vəzifədən azad edilib? - İlham Mehdiyev kimdir?

16-07-2025, 15:50           
DSX generalı vəzifədən azad edilib? -
Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant İlham Mehdiyevin vəzifədən azad edilməsi barədə bəzi sosial şəbəkə hesablarında yayılan iddialar əsassızdır.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq DSX-dən bildirilib.

Qeyd edək ki, İlham Mehdiyev şərəfli tərcümeyi-hala malikdir. İlham İsmayıl oğlu Mehdiyev 2 avqust 1965-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. 1983–1987-ci illərdə Odessa Ali Artilleriya Komandirləri Hərbi Məktəbində təhsil alıb.

1987–1991-ci illərdə Sovet ordusunda Hava-Desant Qoşunlarında xidmət edib.

2003-cü ildə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 2004-cü ildə Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsi ona həvalə olunub.

2020-ci ildə, Qarabağ müharibəsi başlayarkən o, artıq Dövlət Sərhəd Xidməti rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsində idi.

2002-ci ildə “Hərbi xidmətlərə görə” medalı, 2007-ci ildə “Vətən uğrunda” medalı, 2008-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2012-ci ildə “Azərbaycan Bayrağı” ordeni, 2014-cü ildə “İgidliyə görə” medalı, 2019-cu ildə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

16 avqust 2016-cı ildə “general-leytenant” hərbi rütbəsi alıb.

İlham Mehdiyev İkinci Qarabağ savaşında göstərdiyi igidliklərə görə Vətən Müharibəsi Qəhrəmanı adı alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru