Heyvanlar bitkilərin "qışqırıqlarını" eşidirlər

Bu gün, 15:58           
Heyvanlar bitkilərin "qışqırıqlarını" eşidirlər
Heyvanlar bitkilərin əlverişsiz şəraitə cavab olaraq çıxardığı səsləri eşidə bilirlər.

Bu barədə BBC Təl-Əviv Universiteti mütəxəssislərinin araşdırmasına istinadən məlumat verib.

Tədqiqatçılar müəyyən ediblər ki, dişi güvələr stres altında olan - məsələn, susuz qalan və bu zaman xarakterik səslər çıxaran pomidor kollarına yumurta qoymaqdan çəkinirlər. Həşəratların məhz səslərə reaksiya verdiyinə əmin olmaq üçün alimlər vizual faktorlara nəzarət etməklə bir sıra laboratoriya təcrübələri aparıblar.

Professor Yosi Yovelin dediyi kimi, bu, heyvanın bitkilərdən gələn səslərə reaksiyası nəticəsində qeydə alınmış ilk davranışıdır. Onun sözlərinə görə, əldə edilən məlumatlar ehtimal etməyə əsas verir ki, heyvanlar bu informasiyadan qərar qəbul etmək - məsələn, bitkini tozlandırmaq, onu yemək və ya sığınacaq kimi istifadə etməklə bağlı qərar üçün istifadə edirlər.

Növbəti mərhələdə komanda bitkilərin öz aralarında "danışa" bilib-bilmədiyini araşdırmağı planlaşdırır - məsələn, quraqlıq barədə xəbərdar etmək və rütubətə qənaət üçün mexanizmi işə salmaq.

Həmçinin xatırladaq ki, 2023-cü ildə tədqiqatçılar bitkilərin zədələndikdə və ya susuz qaldıqda səs çıxardığını aşkar ediblər. O zaman aydınlaşdırıblar ki, söhbət adi mənada başa düşülən hisslərdən deyil, xarici mühitin dəyişməsinə fiziki reaksiyadan gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru