ABŞ İsraili Suriyaya hücumları dayandırmağa çağırıb

Bu gün, 07:14           
ABŞ İsraili Suriyaya hücumları dayandırmağa çağırıb
ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailə müraciət edərək Suriyaya hava hücumlarını dayandırmağa çağırıb.

Moderator.az-ın məlumatına görə, bu barədə ABŞ rəsmilərinə istinadən “Axios” portalının jurnalisti Barak Ravid məlumat verib.

“İyulun 16-da Tramp administrasiyası yenidən İsrailə müraciət edib ki, Suriyaya zərbələri dayandırsınlar və gərginliyi azaltmaq üçün Dəməşq hökuməti ilə dialoqa başlasınlar”, - o “X” sosial şəbəkəsində yazıb.

Daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun İsrailin Suriyaya hücumlarından narahat olduğunu və hərbi əməliyyatların dayandırılmasını istədiklərini bəyan edib.

“Biz bütün tərəflərlə danışıqlar aparırıq. Biz hərbi əməliyyatların dayandırılmasını istəyirik”, - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru