Məktəb bufetləri, yoxsa Abid Şərifovun keçmiş “obyekt”ləri?... - 20 SAYLI məktəbdə baş vermiş zəhərlənməyə görə kimlər cəzalandırıldı?...
18-05-2023, 00:08
Məktəblərdə daha böyük, kütləvi zəhərlənmələr ola bilər...
Məktəb direktorlarının qazanc yeri olan bufetlər...
Bir müddət öncə orta məktəblərdə fəaliyyət göstərən bufetlərin-yeməkxanalarının acınacaqlı durumu ilə bağlı xəbər məni az qala 20 il keçmişə apardı...
Bəli, həmin vaxt məktəblərdə fəaliyyət göstərən bufetlər uğrunda iri məmurlar, nazirlər, hətta baş nazirin müavini mübarizə aparırdı. Kimsə düşünə bilərdi ki, məktəblərdəki bufetlər nədir ki, orada nə böyük alver gedir ki, onun uğrunda Baş nazirin müavini səviyyəsində dava olsun. İlk baxışdan belə görünür.
Biz bir media olaraq hələ o vaxt lap sadə formada anlatdıq ki, məktəb bufetləri deyəndə.... 4500-dən çox orta ümumtəhsil məktəbində 1 milyon 550 mindən çox şagird təhsil alır. Hər şagird gündə 50 qəpik alver eləsə...vurun həftəyə...vurun aya...vurun ilə... Bilirsiniz hansı rəqəm alınar..?
Ona görə də hələ o vaxt biz yazmışdıq ki, məktəb bufetləri böyük biznesdir. Sözün açığı hələ o zaman xeyli iri məmur bu bazarı ələ keçirmək istədi. Amma sonda Baş nazirin o zamankl müavini Abid Şərifov qalib gəldi. Və Abid Şərifov bütün məktəblərin bufetlərinin yemək və ərzaqla təminatını bacısı oğlu İlham Hacıyevin “Məktəbli və tələbə iaşə” ATSC-ə verdi.
Təsəvvür edirsiniz, bu yüz minlər, bəlkə də milyonlar deməkdir. Bu pulun böyük hissəsi Abid Şərifova çatırdı. O vaxt hətta Təhsil Naziri bu məsləyə müdaxilə edə bilmirdi. Hətta bufetdə çalışan işçilər İlham Hacıyevin ATSC-nin işçiləri sayılırdı.
Təsəvvür edirsiniz, kimsə şagirdlərin ərzağına, qidasına nəsə qata bilərdi... Yəni heç bir təminat yox idi... Elə bilirsiniz ki, indi vəziyyət düzəlib..?
1 milyondan artıq şagirdin qidasına təsr eləmək çox sadə məsələdir... Biz hələ Allah qoymasa körpə məktəbli uşaqlara verilən qidaların keyfiyyətindən, qiymətlərdən, ərzaqların kalorisindən-zadından danışmırıq...
Bura qədər yazdıqlarımız 20 il əvvəl yazdıqlarımızdan yadımızda qalanlardır. İndi isə az öncə baş vermiş olaya nəzər salaq.
Deməli, aprelin 6-da Bakıda 20 saylı məktəbdə kütləvi zəhərlənmə hadisəsi baş verib. Məktəb-liseyin qidadan özünü narahat hiss edən şagirdləri məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım briqadası tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilib. Zəhərlənən şagirdlərdən bəzilərinə təcili tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar, bəzi şagirdlər isə vəziyyəti ağır olduğu üçün reanimasiyaya yerləşdirilib. Biz detallara varmaq, şagirdlərin bufetdə nə yediyi barədə uzun-uzadı yazmaq istəmirik.
Hazırda məktəbdə Yasamal Rayon Prokurorluğu araşdırma aparır. Zəhərlənmə ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri də araşdırmalara başlayıb. Məlum olub ki, şagirdlərə quş ətindən hazırlanmış yemək veriblər.
Ekspertlər də qeyd edir ki, məktəb bufetləri ölüm mənbəyidir. Çox təəssüf ki, Elm və Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi öz maddi maraqlarına görə ağızlarına su alıb susurlar.
Növbəti sayımızda "Baş vermiş cinayət hadisəsinə görə, kimlər cəzalandırıldı" yazısı dərc olunacaq. Bizi izləyin.
gundelik baki.com