İsrail qoşunlarının Livanda oktyabrın 1-dən bəri indiyədək ən uzaq nöqtəyə daxil olduqları bildirilir
Bu gün, 17:54
Livan dövlət mediası xəbər verir ki, İsrailin quru qüvvələri altı həftə öncə hərbi müdaxiləyə başlayandan bəri indiyədək Livanın ən dərin nöqtəsinə çatıblar. Daha sonra isə şənbə günü Hizbullah militantları ilə şiddətli döyüşlərdən sonra geri çəkiliblər.
İsrail qoşunları şənbə günü Livanın cənubunda İsraillə sərhəddən beş kilometr uzaqda Çarmaa kəndində strateji yüksəkliyi ələ keçirib. Bu barədə dövlətə məxsus Milli Xəbər Agentliyi məlumat verib. Agentlik İsrail qoşunlarının daha sonra yüksəklikdən çıxarıldıqlarını bildirib.
O əlavə edib ki, İsrail qoşunları geri çəkilmədən əvvəl Çarmaada Simon Peyğəmbərin Məbədini və bir neçə evi partladıb, ancaq bu iddianı dərhal yoxlamaq mümkün olmayıb.
İsrail ordusu açıqlamasında bildirib ki, qoşunları “Livanın cənubunda məhdud, lokallaşdırılmış və hədəfli əməliyyat hərəklətlərini davam etdirir.” Ordu Livan mətbuatında yer alan xəbərlərlə bağlı şərh istəyinə dərhal cavab veməyib.
Quruda irəliləyiş İsrailin döyüş təyyarələri Beyrutun cənub ətrafına və Livanın cənubunda bir neçə başqa əraziyə, o cümlədən liman şəhəri olan Tireyə zərbələr endirdiyi bir vaxta təsadüf edib.
Beyruta səhər endirilən zərbə Daniyə ərazisinə tuş gəlib. İsrail ordusu bu ərazini Hizbullahın istinadgahı adlandıraraq bildirib ki, təyyarələri militant qrup tərəfindən istifadə olunan bir neçə obyektə zərbə endirib. İsrail sakinlərə xəbərdarlıq verib, hər hansı tələfatın olub-olmadığın dərhal bəlli olmayıb.
Zorakılıqların artması Livan və Hizbullah rəsmiləri Birləşmiş Ştatların bu həftənin əvvəlində təqdim etdiyi müharibəyə son qoyulması ilə bağlı təklif layihəsini nəzərdən keçiridiyi bir vaxta təsadüf edir.
İsrail sentyabr ayının sonundan bəri Livana qarşı bombadrmanını artrıb və Hizbullahı çökdürməyi və onun İsrailə qarşı hücumlarına son qoymağı vəd edib. Livanın səhiyyə nazirliyinin məlumatına görə, Livanda İsrailin açdığı atəş nəticəsində, 80 faizi son səkkiz həftədə olmaqla, 3400-dən çox insan ölüb.
Atəşkəs danışıqları
Cümə günü Livanın müvəqqəti baş nazirinin İranı Hizbullahı İsraillə atəşkəs razılığını qəbul etməyə inandırmağa cəhd etməyə çağırdığı deyilir. Həmin atəşkəs razılığına əsasən, qrup İsrail-Livan sərhədindən geri çəkilməli olacaq. Təklif BMT Təhlükəsizlik Şurasının 2006-cı ilin yayında İsraillə Hizbullah arasındakı ən son müharibəyə son qoyan 1701 saylı qətnaməsi əsasında hazırlanıb.
Livan rəsmisinin məlumatına görə, təklif layihəsinin surəti bu həftənin əvvəlində ABŞ-ın Livandakı səfiri tərəfindən Hizbullah adından danışıqlar aparan parlament spikeri Nəbih Berriyə təqdim edilib. Məxfi danışıqları müzakirə etmək səlahiyyəti olmadığına görə, adının anonim qalması şərtilə danışan rəsmi deyib ki, Berrinin Livanın cavabını bazar ertəsi təqdim edəcəyi gözlənilir.
Qəzza
Bundan əlavə fələstinli militantların 7 oktyabr 2023-cü il tarixində törətdikləri terror aktı zamanı 1200-ə yaxın insanı, əsasən də mülki vətəndaşları öldürüb, 250 nəfəri girov götürməsinsən sonra İsrail və HƏMAS arasında başlayan müharibəyə son qoyulması üçün də çağırışlar var.
HƏMAS və Hizbullah ABŞ, Britaniya və başqa Qərb ölkələri tərəfindən terror qrupları kimi tanınıb.
BMT-nin Təhlükəzsilzik Şurasının 10 seçilən üzvü cümə axşamı Qəzzada “təcili, qeydsiz-şərtsiz və daimi atəşkəs” tələb edən qətnamə təqdim edib.
İsrailin ən yaxın müttəfiqi olan ABŞ BMT Təhlükəsizlik Şurasının qətnaməni qəbul edib-etməməsində açar rol oynayır. Şuranın digər dörd daimi üzvü olan Rusiya, Çin, Britaniya və Fransanın qətnaməni dəstəkləyəcəyi ya da bitərəf qalacağı gözlənilir.
Qəzzada Səhiyyə Nazirliyi şənbə günü bildirib ki, son 24 saatda İsrailin zərbələri nəticəsində 35 nəfər ölüb və bununla da ümumi tələfat sayı 43, 799-a çatıb.