On ildən çox aradan sonra "Apple" yenidən öz televizorunu istehsal etmək niyyətindədir.
Bu barədə "MacRumors" nəşri məlumat yayıb.
Qeyd olunur ki, "Apple" öz brendi altında yeni ağıllı ev cihazları xəttinin bir parçası ola biləcək televizor istehsal etmək ideyasını nəzərdən keçirir. Bununla belə, bildirilir ki, layihə çox erkən mərhələdədir və onun istehsala başlaması illər çəkə bilər.
"Apple" televizoru uğurla istifadəyə verilərsə, bu, şirkət üçün televiziya bazarında rəqabət aparmaq üçün yeni imkanlar açacaq. Hal-hazırda, "Apple" yalnız televizora qoşulan "Apple TV" yayım cihazını təklif edir.
"Apple"ın mərhum həmtəsisçisi Stiv Cobs daha əvvəl sadə istifadəçi interfeysi ilə televizor yaratmaq ambisiyalarını ifadə etmişdi. Lakin 2010-cu ildə "Apple"ın hazırkı baş direktoru Tim Kuk şirkətin bu bazarda iştirak etməkdə maraqlı olmadığını bildirib.