Bu boyda özbaşınalığı görmürlər? - BU NƏDİ BELƏ?
6-07-2023, 16:25
Məlumdur ki, illər öncə məktəbəqədər tədris müəssisələri, uşaq bağçaları, körpələr evi təyinatına uyğun olaraq Təhsil Nazirliyinin tabeçiliyində idi. Əslində belə də olmalıdır. Çünki adından göründüyü kimi bu müəssisələr MƏKTƏBƏQƏDƏR TƏDRİS müəssisəsidirlər. Amma zəlzələdən, ya vəlvələdən uşaq bağçaları, körpələr evi Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyəti orqanlarına verildi. Və bir neçə il uşaq bağçaları icra başçıları üçün əsl biznesə, bağçalar isə bazara çevrildi.
Təsəvvür edirsiniz, körpələrin üzərində eksperiment aparırlar. Bundan dəhşətli nə ola bilərdi... Məktəbəqədər tədris müəssissələri adından da göründüyü kimi körpə uşaqları tədrisə, təlimə hazırlayır, yəni bu uşaqların gələcəyinin bünövrəsi bağçalarda qoyulur. Bəs görək, uşaqlar bağçalarda nə görürlər..?
Uşaqların qidası, ərzağı oğurlanır, körpələr normal qidalana bilmirlər... Bu mühitdə böyüyən uşaq əlbəttə, gələcəkdə pis halda oğru, ən yaxşı halda rüşvətxor olacaq. Çünki həmin bağçada oğurluqları görə-görə, həmin mühitdə tərbiyə alıb. Bunlar hələ problemin 10 faizi deyil. Bağça müdirələri dövlətin müxtəlif məqsədlə ayırdığı vəsaiti mənimsəyir. Uşaqların təlim-tərbiyəsinə məsul olan müəllimlərin adı işdə getsə də uşaqlar onların üzünü görmür. 3-4 dayənin yerinə 1 dayə uşaqlara guya qulluq edir, o biri dayələrin maaşını bağçanın müdirəsi oğurlayır. Və daha nələr. Uşaqlar 1-ci sinifə gedəndə demək olar ki, tədrisə hazır olmurlar. Bəs onda buranın adı niyə məktəbəqədər TƏDRİS-dir..?
Sözün qısası, Bakının mərkəzində, daha dəqiq desək Nəsimi rayonu əraisində də xeyli sayda, haradasa 50-dən çox uşaq bağçası, körpələr evi fəaliyyət göstərir. ( Nəsimi Rayon İcra Hakimiyyətinin saytında belə göstərilib ). Bu uşaq bağçalarından biri də rayonun Mirəsədulla Mirqasımov küçəsi, 2 ünvanda yerləşən 123 saylı uşaq bağçasıdır.
Bağçanın müdiri Ramazanova Mərziyyə Bahəddin qızıdır. Bağçanın fb səhifəsində yazılır: Bağçada məktəbəqədər hazırlıq proqramı müasir və beynəlxalq təhsil metodlarından istifadə edilərək hazırlanıb və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur. Məktəbəhazırlıq proqramına əlavə olaraq bir sıra dərnəklər keçirilir. Bu dərnəklər vasitəsilə uşaqların yaradıcılığı, təxəyyülü, məntiqi, ilkin mühəndislik bacarıqları formalaşır, gizli istedadları üzə çıxır. Mərziyyə Ramazanovanın əməllərindən xəbəri olmayanlar düşünər ki, nə gözəl, nə əla...istedad üzə çıxır...müasir və beynəlxalq metodlar-zad, filan... Bağçada olanlar bilir ki, Mərziyyə Ramazanova Azərbaycan qanunlarına məhəl qoymadan öz qohum-əqrəbasını, dost-tanışını doldurub 123 saylı uşaq bağçasına. Birini müəllim, o birini dayə, bir başqasını texniki işçi kimi v.s.
Bu xanımdan soruşan yoxdur ki, bura sənin şəxsi-özəl bağçan deyil e, dövlətin bağçasıdır. Hələ bu harasıdır..? Qohum-əqrəba da uşaqlara aid olan nə varsa, həzm-rabedən keçirib mənimsəyirlər. Bu hələ harasıdır...
Mərziyyə Ramazanova həm də yaşlı xanımdır, başqa bağça müdirələrini başına yığıb yeyib-içirlər, uşaqların təlim-tərbiyyəsi isə başlı başına buraxılıb. Görəsən, Bakı Şəhər Təhsil İdarəsi bu boyda özbaşınalığı görmür..? //gundelik-baku.com//