Mərdəkanda yerləşən "Tandirloin" restoranında müştəriyə qarşı soyğunçuluq - Hər adama 30 manatlıq sifariş verməlisiz
10-07-2023, 09:28
Yaxınlaşıb masadan qalxmağımızı tələb etdilər. Bildirdilər ki, hər nəfərə minumum 30 AZN verməlisiniz. 6 nəfərə 180 AZN hesab verməsək əyləşə bilmərik dedilər. Bu ədəbsizlik deməkdir, məkanın admistratoruna narazılığımızı etsək də, o hara istəsəz gedin şikayət edin bildirdi. Bu ədəbsizliyin və hörmətsizliyin göstəricisidir.
"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri facebook sosial şəbəkəsində "Müştərinin Səsi" adlı qurupda sosial şəbəkə isifadəçisi Günel Kazımli Mərdəkanda yerləşən "Tandirloin" restoranında üzləşdiyi haqqsızlıqla bağlı paylaşımı zamanı bildirib. Sözügedən paylaşmı təqdim edirik:
Şikayətimiz Mərdəkanda yerləşən "Tandirloin" restoranındandır. Telefonla zəng edib 6 nəfərlik masa sifariş etdik ve 10 dəqiqə sonra yaxınlaşdıq. Xidmət edən ofisiantlardan biri yaxinlaşdi, 3 salat ve icki sifarişlərimizi verdik. 2-3 dəqiqə sonra digər bir ofisiant yaxınlaşıb masadan qalxmağımızı tələb etdilər. Səbəbini soruşanda verilən cavab: hər nəfərə minimum 30 azn sifariş verməli olduğumuzu bildirdilər.
"Müştəri olaraq bu qədər yolu gəlib 6 nəfər əyləşdikdən sonra 180 manat hesab verməsək əyləşə bilmərik" məlumatının bildirilməsi bir xidmət sektoru olaraq ədəbsiz və müştəri məmnuniyyətini diqqətə almamaq deməkdir. Məkanın adminstratoruna şikayətimizi bildirdikdə hara isteyirsiz şikayət edin dedilər. Şikayətlərinizi gözləyirik bildirməsi isə ədəbsizliyin və hörmətsizliyin göstəricisidir.