Tanınmış jurnalist çağırış etdi - Direktor müavinin 7-ci sinifdə oxuyan oğlunun bu görüntüsünə görə (VİDEO)
12-07-2023, 00:14
Şamaxı rayon İqbal Rəsulov adına Muğanlı tam orta məktəbinin direktor müavini Rəsmiyyə Mirzəyevanın yeniyetmə yaşlı oğlu ilə bağlı paylaşılan video ikrah doğurib.
Belə ki, uşaq qəlyan çəkərkən görüntülənib.
Bu barədə sosioloq-jurnalist Elçin Bayramlı paylaşım edib.
O qeyd edib ki, bununla bağlı ona müraciət göndərilib. E.Bayramlı bununala bağlı tədbir göndərilməsi ilə bağlı müvafiq orqanlara çağırış edib. Həmin müraciəti olduğu kimi təqdim edirik: "Müvafiq orqanların nəzərinə. Mənə göndərilmiş bir müraciətə baxın və tədbir görün. Salam hörmətli Elçin müəllim ! Videoda gördüyünüz QƏLYAN çəkən oğlan Şamaxı rayon İqbal Rəsulov adına Muğanlı tam orta məktəbinin direktor müavini RƏSMİYYƏ MİRZƏYEVA-nin həmin məktəbin 7-ci sinfində oxuyan oğlu TƏVƏKKÜL MİRZƏZADƏ-dir. Dəfələrlə məktəbdə baş verən tərbiyəsizliklər, özbaşınalıqlar və qanun pozuntuları ilə bağlı lazımi qurumlara məlumat verilsə də heç bir ölçü götürülmür. Nəzərinizə çatdırım ki, bu məktəbdə QƏLYAN ÇƏKƏN aşağı sinif şagirdi təkcə bu oğlan deyil ! Xahiş edirəm, kömək edin, ölçü götürün. Bu videonun rəsmi qurumlara çatmasında köməklik göstərin. Xahiş edirəm, kömək edin! Gələcəyimiz olan uşaqları o məktəbda baş verən pis əməllərdən xilas edin!"