Xəstəxanada sistem köçürülən Qarabağ əlilindən hakim təsdiqedici sənəd (?) tələb edir
16-09-2023, 11:24
Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalova sifarişi həmkarı Orxan Həsənov verib, yoxsa cavabdehin 39 saylı vəkil bürosu?
Müalicə sistemi köçürülən əlil xəstəxana yatağından məhkəməyə sənəd göndərməlidir?
30 ildir 1-ci dərəcəli Qarabağ əlili kimi son xidmət yerim (Daxili Qoşunlar) üzrə DİN-in 1 saylı poliklinikasının tibbi uçotundayam. Keçən ildən DİN tibb xidməti DİN hospitalında müalicəmə İcbari Tibbi Sığorta (İTS) Agentliyinin göstərişi (– göndərişi) ilə qadağa qoyub. İTS -in göndəriş verməməsi, DİN – in 30 il uçotunda olan zabit-əlilindən göndəriş tələb etməsi absurdluğu ( DİN-in 1 saylı poliklinikasında uçotda olan şəxs hospitala göndərişi bu poliklinikadan almalı deyilmi?- M.B.) bir yana, “Hərbi qulluqçuların statusu haqqında” qanunun 13.6 maddəsindən bilgisiz olmaları da üzə çıxır. Həmin maddədə deyilir: “ ...XƏSTƏLİYƏ GÖRƏ EHTİYATA və ya İSTEFAYA BURAXILMIŞ ...ZABİTLƏRİN, gizirlərin və miçmanların, habelə onların AİLƏ ÜZVLƏRİNİN ( arvadının və 16 yaşadək uşaqlarının) ...HƏRBİ TİBB MÜƏSSİSƏLƏRİNDƏ TİBBİ TƏMİNAT, SANATORİYA-KURORT MÜALİCƏSİ və İSTİRAHƏT HÜQUQU SAXLANILIR.” Bu qanun, bu Konstitusiya, bu da müalicə hüququna “sığortalı” qadağa!
Son həftədə baş ağrılarından, boğulmadan, yüksək qan təzyiqindən qovrulduğumdan DİN rəhbərliyinə hospitalda müalicəmin təşkili üçün müraciət etdim. Cavab verilənə kimi sağlamlıq durumum ağır olduğundan ürək problemi ilə bağlı bir neçə xəstəxanaya üz tutub, sonda 2 saylı klinikaya yerləşdirildim. Bunları vurğulamaqda amacım 6 aydır pensiyamın dügün hesablanmaması ilə bağlı iddiamın olduğu Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalovun xəstə yatağında sistem altında yatdığım zaman vicdansızcasına ƏDALƏTSİZ, ANTİHUMANİST, QƏRƏZLİ, QIRAQDAN SİFARİŞLƏ BİRTƏRƏFLİ 13.09.2023 tarixli akt çıxarmasını diqqətə çatdırmaqdır.
Hakimin qarşı tərəfin yanında olduğunu 02.05.2023 tarixli ilk hazırlıq iclasında bildim. Cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi DSMF-in MƏHKƏMƏ MÜBAHİSƏLƏRİ İLƏ İŞ ÜZRƏ MƏRKƏZİ FİLİALI – 39 SAYLI VƏKİL BÜROSUnun məhkəməyə tərəf olmadığı iş üzrə Şəki İİM-in saxta 15.02.2019 tarixli qərardadını prejudisal akt kimi sırıması və hakimin də bu sırımaya istinad etməsi hər şeyi ortaya qoyurdu. Hələ üstəlik dövlət hesabına vəkillə təminatım barədə ərizəmin təmin edilməməsi və bu qərardaddan şikayət hüququma da qadağa qoyulması hakimin inzibati orqana vəkillik etməsini göstərir(di). ( Onu da vurğulamaq yerindədir ki, 06.09.2023 tarixli vəkillə, MPM-ə əlavə edilən 67-1 maddəyə uyğun, təminatım barədə ərizəmə hakim heç baxmayıb, görməzliyə vurur) . Bircə “Əmək pensiyaları haqqında” qanunun yeni 37.3.2-1 maddəsinə görə pensiyaya çıxdıqdan sonra işləməyimə görə əlavə hesabladacağını deməklə, etirazımı önlədiyindən, obyektiv olduğunu güman etdim. Heç demə, bu əlavə hesablanma sözü də cavabdehdən əlavə qeyri-prosessual haqq almağa hesablanıbmış. Buna deyərlər, hakim priyomları!
Konstitusiya ilə, “Məhkəmələr və hakimlər haqqında” qanunla, prosessual qanunvericiliklə təminat verilən bərabərlik hüququna baxın, 1-ci dərəcəli Qarabağ əlili dövlət hesabına hüquqi yardımdan imtina ilə vəkilsiz , xəstəxanada sistem altında; cavabdeh inzibati dövlət orqanı özünün 39 saylı vəkil bürosu ilə ! Hələ üstəlik hakim də inzibati orqana vəkillik edir, necədir səninçün Qarabağ qazisi?
Hakim Bəhlul Cəlalovu 13.09.2023-cü ildə iddiaçı xəstəxana yatağında olanda, birtərəfli qərar çıxarmağa vadar edən kimdir: hakim həmkarı , məhkəmədə otaq qonşusu , Şəki İİM-in saxta qərardadını Konstitusiya aktı kimi qəbul edən Orxan Həsənov, qarşı tərəfin 39 saylı vəkil bürosu, yoxsa başqa qeyri-prosessual basqı?
Sözün Məhkəmə Hüquq Şurasında olması mübahisə predmeti deyil. Bircə fikirdən, astma kimi, boğuluram: QƏRARLA QƏRARDADI AYIRA BİLMƏYƏNLƏR NECƏ HAKİM EDİLİR?
Məğrur Bədəlsoy
P.S. Hakim Bəhlul Cəlalov iclasın ertələnməsi barədə 2 ərizəyə baxmamasını xəstəxanadan sistem altından sənədin təqdim edilməməsi ilə aktlaşdırıb.(?)...