Zirvə liseyinin zirveliseyi.edu.az saytındakı “Təhsil haqqı və güzəştlər” bölməsi niyə bomboşdur..? - Zirvə liseyi dövlətə nə qədər vergi ödəyir..?

17-09-2023, 16:34           
Zirvə liseyinin zirveliseyi.edu.az saytındakı “Təhsil haqqı və güzəştlər” bölməsi niyə bomboşdur..? -
Haqqında bəhs edəcəyimiz "Zirvə" liseyi haqqında qısa məlumat verək. Liseyin https://zirveliseyi.edu.az saytında yazılanlardan bəlli olur ki, "Zirvə" liseyi yüksək səviyyədə tam orta təhsil verən tədris müəssisəsidir.
Liseydə müasir standartlara cavab verən kimya, fizika, biologiya və informatika laboratoriyaları mövcuddur. Tədris prosesində smartboardlardan ( elektron lövhə ) istifadə edilir. İbtidai siniflərdə ingilis dili dərslərinə xüsusi diqqət yetirilir, futbol, basketbol, şahmat, rəqs, rəsm, musiqi və.s sahələrə üstünlük verilir. "Zirvə" liseyində oxuyan 10-11-ci sinif şagirdləri təmayül siniflərdə xüsusi dərs proqramı ilə ali təhsil müəssisələrinə hazırlaşırlar. Şagirdlərin bilik və bacarıqlarının yoxlanılması üçün liseydə hər ay buraxılış və blok fənləri üzrə sınaq imtahanları keçirilir. Liseyin üstün cəhətlərindən biri də "Elektron Məktəb Sistemi”nin (EMS) mövcud olmasıdır. Elektron Məktəb Sistemi valideynlərin birbaşa onlayn olaraq hər bir fənn üzrə övladlarının qiymətləri haqqında məlumat əldə etməsinə imkan verir. Şagirdlərin liseyə gəlməsi üçün xüsusi servis maşınları ayrılmışdır. Liseydə yüksək səviyyədə yeməkxana mövcuddur və şagirdlər keyfiyyətli nahar yeməyi ilə təmin olunurlar.
Bura qədər yazdıqlarımız "Zirvə" liseyinin saytında dərc edilən tərifli sözlərdir. Bəs əslində liseydə vəziyyət necədir..? Liseyin saytında yazılanlardan o da bəlli olur ki, "Zirvə" liseyinin direktoru Xəzər Babayev, müavinləri Ramin Quliyev, İlahə Hacıyeva, Sosial fəaliyyət işləri üzrə Koordinatoru isə Samir Ağayevdir.
Deməli, liseyin saytında müxtəlif bölmələr var və orada müəyyən məlumatlar dərc olunub. Amma saytın “ Təhsil haqqı və güzəştlər” bölməsində nəinki bir cümlə, heç bir söz də yoxdur. Liseyin rəhbərliyindən soruşmaq lazımdır ki, bütün bölmələrdə liseyi tərifləyib göylərə qaldırırsınız, “ Zirvə Liseyi ilə Zirvələrə Doğru !” yazırsınız, bircə cümlə də təhsil haqqı, kimlərəsə tətbiq olunan güzəştlər barədə yazsaydınız nə olardı…? Yəni hamı bilərdi ki, liseydə təhsil haqqı nə qədərdir..? Kimlərə güzəşt tətbiq olunur və s..?
Deməli, şagirdlərin təhsil haqqı üçün köçürdüyü pullar gizli saxlanılır və nəticədə vergidən külli miqdarda yayınma olur və s. Bunun başqa nə səbəbi ola bilər ki..?
Redaksiyamıza daxil olan məlumata görə, "Zirvə" liseyində oxuyan şagirdlərin ödəniş haqqı 6-8 min manat arasındadır.
Təsəvvür edirsiniz, liseydə 1000 şagird oxusa, bu haradasa 6-8 MİLYON manat təhsil haqqı edir. Görəsən bu qədər puldan "Zirvə" liseyinin direktoru Xəzər Babayev dövlətə nə qədər vergi ödəyir..? Daha doğrusu, vergidən nə qədər yayınır..?
Onu da qeyd edək k, liseydə oxuyan şagirdlər əlavə olaraq hazırlıq kurslarına, yəni müəllim-repetitor yanına getməli olurlar. Məlumat üçün qeyd edək ki, Xırdalanda AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” liseyi 2015 – 2016-ci tədris ilindən başlayaraq texniki, humanitar və idman təmayüllü olmaqla üç profil üzrə fəaliyyət göstərir. Valideynlərin mediaya ünvanlanan şikayətlərindən bəlli olur ki, pandemiya dövründə məktəblər bağlı olsa da, yəni online formada keçirilsə də Zirvə liseyində təhsil haqqı dəyişməyib. Valideynlər deyir ki, axı təhsil haqqına şagirdlərin yeməyi, nəqliyyat servis xidməti və s xərclər daxil olur. Əgər şagird liseyə getmirsə, necə təhsil haqqı dəyişməyə bilər..? Bu hələ harasıdr..? Hansısa valideyn liseyin fəaliyyətindən narazı olub övladını başqa məktəbə köçürmək istəyəndə şagirdin sənədləri GİROV kimi saxlanılır və verilmir… Təsəvvür edirsinizmi bu cinayət əməlidir… Yeri gəlmişkən, liseydə baş verən qanunsuz əməllərdə, neqativ hallarda Samir adlı şəxsin adı daha çox hallanır. Yaxşı olar ki, Elm və Təhsil Nazirliyi, Vergi Dövlət Xidməti və digər qurumlar "Zirvə" liseyində baş verənlərə aydınlıq gətirsinlər.
Növbəti yazımızda "Zirvə" liseyinin 2015-2023-cü illərdə vergidən nə qədər yayınması və hər il "Zirvə" liseyinə qəbulların sayı haqqında məlumat verəcəyik.
gundelik baki.com













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.