"Sədərək Yusifin" qardaşı oğlu bloqqer xanımı döyüb videoya çəkdi - Xanım blogger müraciət yaydı
17-09-2023, 19:43
"Sədərək Yusifin" qardaşı oğlu bloqqer xanımı döyüb videoya çəkdi -Sosial şəbəkələrdə blogger Fidan adı ilə tanınan, əsasən tiktok sosial şəbəkəsində aktiv olan Fidan adlı blogger video paylaşıb. Blogger müraciətində bildirib ki, sentyabrın 16-da axşam saatlarında "Sədərək" Ticarət Mərkəzinin rəhbəri olan Yusif Qədimbəylinin qardaşı olğlu İlham Qədimbəyli tərəfindən əl qolu bağlanaraq döyüküb. Daha sonra isə onu videoya çəkiblər. GUNDEMİNFO.AZ xəbər verir ki, Fidan müraciətində qeyd edib ki, "Sədərək Yusifin" qardaşı oğlu İlham Qədimbəyli özünə məxsus olan restoranda dostları ilə birlikdə ona qarşı zor tətbiq edib.
Gundeminfo.az xəbər verir ki, Fidan adlı xanım iddia edir ki, onu 2 saata qədər döyüblər. Daha sonra blogger iddia edir ki, ona qarşı silahla təhdid edilib və ondan tələb ediblər ki, Dövlət Başçısının, nazirlərin, polislərin ünvanına nalayiq ifadələr işlətsin. Blogger iddia edir ki, onu döyərək məcbur ediblər ki, gülə-gülə danış ki, hər kəs spirtli içkinin təsiri altında olduğunu zənn etsin.
"Mənim telefonumdan bütün məlumatları silib, telefonumu format etdilər. Mən Cənab Prezidentimizdən, Cənab Vilayət Eyvazovdan xahiş edirəm ki, bu adamların cəzalandırılması təmin olunsun. Əgər bir tədbir görülməsə öözümə qəsd edəcəm. Çünki, bu belə qala bilməz" deyə Blogger Fidan müraciətinin sonunda qeyd edib.
Qeyd edək ki, xanım bloggerin iddia etdiyi video hələlik sosial şəbəkələrdə yayımlanmayıb. Xanım bloggerin iddiaları ilə bağlı GUNDEMİNFO.AZ olaraq "Sədərək" Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəylinin qardaşı oğlu İlham Qədimbəylinin də münasibətini öyrənməyə hazırıq.
VİDEO AZ SONRA GUNDEMİNFO TV Youtube kanalımızda yayımlanacaq və yazıya əlavə olunacaq.
Bizi izləyin!