Elşad Həsənovun işçiləri QOÇULUQ EDİR... - BU DA FAKT!!!
21-09-2023, 11:17
Xatırladaq ki, bu ilin fevral ayında saytımızda “Elşad Həsənov Yasamalı səhraya çevirir” başlıqlı məqalə dərc etmişdik. Məqalədə Elşad Həsənovun “xeyir-duası” ilə A.M.Şərifzadə 144 ünvanında “Qəbələ Residence” yaşayış massivinin sol tərəfində ağacların kəsilərək yerində tikinti aparılmasından, Yasamalın icra başçısının yaşıllıqların məhv edilməsinə şərait yaratmasından bəhs edilirdi. DİA.AZ bildirir ki, ümumiyyətlə, son zamanlar Yasamal rayonu ərazısındə obyektlərdən qanunsuz olaraq pul tələb edilməsi halları çoxaldığından vətəndaşların şikayətləri də artmaqdadır.
Redaksiyamıza müraciət edən Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti ev 70 mənzil 12-də yaşayan Hümmətov İlham Heybət oğlu da Yasamal rayon İcra Hakimiyyətindən şikayətçidir. Vətəndaş iddia edir ki, 18.09.2023-cü il tarixdə saat 15:00 radələrində İH-nin Rayon təsərrüfatı şöbəsinin Baş məsləhətçisi Əsgərov Ümid Elxan oğlu özü ilə gətirdiyi işçilərlə birlikdə onun ailəsinə məxsus və bütün sənədləri qaydasında olan A.M.Şərifzadə 140a ünvanında yerləşən “Kanon” Aptekin pilləkənlərini zorla sökmüşdür. Vətəndaşın dediyinə görə Ümid icra başçısı Elşad Həsənovun tapşırığını yerinə yetirdiyini və ona çatacaq məbləği verməsələr göstərişi icra edəcəyini israr edibdi. Ona mane olmağa çalışan qadınları təhqir etməkdən belə çəkinməyən Ü.Əsgərov apteki işlədən Səidə Ağamirzadəyə xəsarət belə yetirilməsinə bais olubdu. Dövlət başçısının sahibkarlara dəstək verdiyi, şərait yaratdığı indiki zamanda Elşad Həsənov kimi məmurların belə süni maneçilik törətmələri yəqin ki, cəzasız qalmayacaqdır.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.