Samir Adıgözəlli QHT Agentliyinin rəhbərini siyasi savadsızlıqda ittiham etdi - VİDEO

23-09-2023, 00:06           
Samir Adıgözəlli QHT Agentliyinin rəhbərini siyasi savadsızlıqda ittiham etdi - VİDEO
Əziz dostlar,
Yenə də qərəzli yanaşdığımı deyərək, üzərimə hücuma keçəcəklər, gələcəkdə qrant almağım üçün əngəllər törədəcəklər. Qoy elə düşünsünlər.
Amma vətəndaş cəmiyyətinin qurulmasında az-çox xidməti olmuş insan kimi indi bu sektorun kimin əlində olmasına ürəyim ağrıyır.
Bu günlərdə QHT Agentliyi zoom üzərində QHT-lərlə görüş keçirib və Nazirlər Kabinetinin təsdiq etdiyi qaydaları izah ediblər.
Sadəcə bir hissəni kəsib sizə təqdim edirəm. Özünüz qulaq asın və mənim haqlı olub olmadığıma vicdanla qiymət verin.
Deyilir ki, QHT-lərin digər donorlardan maliyyə almasında məhdudiyyətlər olduğu üçün biz qaydalar qoymadıq ki, hamı üçün bərabər şərait yaradaq.
Xatırlatmaq istəyirəm ki, Azərbaycanda nəinki yerli digər donorlardan, hətta xaricdən qrant almağa məhdudiyyət yoxdur. Sadəcə qanunvericiliyin tələbləri xarici donorlara sərf etmir və onlar əvvəlki illərdəki kimi qeydiyyatsız ölkədə fəaliyyət göstərmək istəyirlər.
Mən düşünürəm ki, QHT Agentliyinin rəhbəri belə siyasi səhvlər buraxmamalıdır.
Digər məsələ isə Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar Nizamnamə istiqaməti deyil, bu sənəd Cənab Prezidentin 19 aprel 2021-ci il tarixli Fərmanının 7-ci bəndi ilə Nazirlər Kabinetinə tapşırılıb. Amma xanım icraçı ditekor deyir ki, biz ilk illər bunu özümüz yaratmadıq ki, hər kəs üçün platforma yaradaq, təşkilatları aydınlaşdıraq.
Ölkədə nə qədər fəal təşkilat var ki, 14 illik QHT Şurası dövründə aydınlaşdırılmadı?
Üstəlik bu çıxışda QHT-lərin aşağılanması açıq aydın görünür. Deyilir ki, QHT-lərdən bu illər ərzində qeyri-adi təkliflər almadıq, ona görə də bu qaydalar tətbiq olundu.
Bu qayda illərdən sonra QHT-lərin qeyri-adi təkliflərini ortaya çıxaracaqsa, biz buna yalnız sevinə bilərik.
Amma mən düşünürəm ki, istər QHT Şurasının, istərsə də QHT Agentliyinin ilk 2 ilində QHT-lərin təklif etdiyi əksər təşəbbüslər böyük ictimai əhəmiyyət kəsb edib. Təəssüf olsun ki, indi belə ənənə mövcuddur ki, yeni gələn köhnənin işini bəyənmir.
Samir Adigozell













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.