Cənab Əmirxan Hüseyinli, şəhid qardaşına bu münasibətin kökündə nə dayanır?
29-09-2023, 11:41
Cənab Əmirxan Hüseyinli, şəhid qardaşına bu münasibətin kökündə nə dayanır? Niyə axı? Araşdırılmasına ciddi ehtiyac duyulur.
Siyəzən şəhər sakini şəhid qardaşı Baxışov İbadi Canbaxış oğlu yazır:
-Mən SOCAR 2 saylı nəqliyat departamentin Siyəzən sahəsində 25 tonluq traktor kranda calışıram. 25 ildir ki calışdığım müddətdə tərəfimdən hec bir qanun pozuntusu olmamışdır. Mənim öz müdüriyyətimdən hec bir narazıcılığım yoxdur Şikayətim SOCAR KQİT Abşeron İB nin Siyəzən sahəsi üzrə rəisi Əmirxan Hüseyinlidəndir.Mənim texnikam burda ola ola başqa yerlərdən Siyəzən sahəsinə kran ezam eləyib mənə ancaq deyir ki sənlik iş yoxdur. Bu halda mənim iş günlərim boşdayanma kimi qeyd olunur. Niyə ğörə axı mən Siyəzəndə yaşayıram mənə iş yoxdur olara isə var.? Əmirxan Hüseynlinin nə maddi marağı var ki basqa yerlərdən işçi gətirib islədir?. Mənə deyir ki rəhbərliydən deyirlər ki xərcləri azaldmaq lazımdır.Siyəzənə ezam olunanlar ğünü 65 manat olmaqla ezamiyyə pulu alırlar ancaq mən Siyəzənli olaraq evimə cörək pulu aparmamalıyam? Mən bu haqda Ali Baş Komandanımız İlham Əliyev cənablarına teleqram vurduğuma görə Əmirxan Hüseyinli iş yoldaşimla mənə xəbər göndərib ki prezidentə məktub yazdığına ğörə ona deyin ki yanı mənə iş yoxdur və olmayacaq da və Əmirxan Hüseyinli orda olduğu halda mən işləməyəcəm. Mən bunu da əlavə etmək istəyirəm ki boş dayanmada olduğum ücün və aldığım maaş kireditlərimi ödəmədiyi ücün oktyabrın 2 -dən növbəti məzuniyyətə cıxmağa məcbur oldum . Sonrası isə nə olacaq bilmirəm.
Mirvari Gahramanli
Teref.az