QHT Agentliyinin qrant qaydalarının Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi ilə bəzi məsələlərin üstü açılmağa başlayır.
2-10-2023, 12:29
Hörmətli həmkarlar,
Hər şey gözlədiyimiz kimi baş verməyə başlayır.
QHT Agentliyinin qrant qaydalarının Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi ilə bəzi məsələlərin üstü açılmağa başlayır.
Artıq QHT Agentliyinin icraçı direktoru və bir neçə üzvü bəzilərinin dəqiq adları bizə bəlli olan təşkilatlara böyük, bəzilərinə isə orta qrant vermək barədə danışıqlar aparıb.
Sual oluna bilər ki, mən bu məsələnin dəqiqliyini haradan bildim.
Həmin təşkilatlardan biri məndən innovativ və daha çox görüntü yarada biləcək ideya mövzusunu tapmaqda kömək xahiş etdi. Bildirdi ki, ona orta qrant verməyi düşünürlər, sadəcə normal ideya mövzusu verməliyəm ki, məndən başqa həmin mövzuya heç kim müdaxilə edə bilməsin.
Artıq ağıllarını işlətməyə başlayıblar. Əvvəldən sövdələşmə əsasında ideya mövzularını elana daxil edir, sonra həmin ideya üzrə guya yaxşı layihə verəni qalib edirlər. Kimə istəsələr də rahatlıqda qrant ayırmaya bilirlər.
Doğrusu sözügedən qaydalar təsdiq olunanda, QHT sədrləri mənə bildirdilər ki, artıq böyük qrantın da, elə orta qrantın da yiyələri bəllidir.
Hətta siyahını şərti olaraq səsləndirib mərc edənlər də oldu. Gözləyək görək ilin sonunda necə olacaq.
Əvvəllər çox gözəl təcrübə var idi, müsabiqə mövzuları ictimaiyyət nümayəndələri, habelə dövlət qurumları ilə birgə müzakirə edilirdi.
Hər dəfə yeni bir bürokratiyanın şahidi oluruq.
Niyə QHT-lərin təkliflərini, sözünü dinləmək istəmirlər anlamıram.
Samir Adigozelli
Teref.az