Bakıda YAP-ın binası ƏLƏ KEÇİRİLDİ... - ŞOK GƏLİŞMƏ...
4-10-2023, 09:58
"Hakim Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının indiki və keçmiş sədrinin mərkəzi aparatdan gizli şəkildə pul qazanmaq məqsədilə maraqlı bir alqı-satqı əməliyyatı həyata keçirdiklərinə dair məlumat əldə etmişik. Söhbət YAP Nizami rayon təşkilatına məxsus binanın bir hissəsinin özəlləşdirilərək satllmasından gedir. Təsəvvür edirsiz?" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalənin Əvvəli burada:
YAP Nizami Rayon Təşkilatının binası ilə bağlı görünməmiş fırıldaq - İLGİNC İDDİALAR...
Məqalənin davamında deyilir:
"Qeyd edək ki, həmin özəlləşdirilmiş hissədə son dövrlərə qədər millət vəkili Könül Nurullayevanın qərargahı yerləşirdi. Könül xanım orada seçiciləri ilə görüşürdü. Lakin hansı səbəblərdən millət vəkili bir müddət əvvəl həmin ünvandan çıxarılıb və hazırda xanım Nurullayeva seçiciləri ilə görüşlərini hər dəfə bir ünvanda keçirir. Gah Nizami bələdiyyəsinin binasınd ona yer ayırlrlar, gah da başqa binalarda. Halbu ki, Könül Nurullayeva rayonun fəal deputatıdır və indi onun oturmaq üçün özünə yer tapa bilməməsi üzücü haldır. Sədaqət sultan isə öz yerinə otuzdurduğu Ramil Bəlibəyovla birgə şad-xürrəm vəziyyətdə ömrünü sürür.
İndi keçək məsələnin digər maraqlı məqamına. YAP Nizami rayon təşkilatında Sədaqət Vəliyevanın irsini yaşadan hazırkı sədr Ramil Vəlibəyov 2022-ci il mart ayının 3-də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin tabeliyində 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidova məktub göndərərək xahiş edib ki, hazırda YAP Nizami rayon təşkilatının istifadəsində olan hissənin YAP mülkiyyətinə verilməsinə köməklik etsin.Məktubda həmin hissə Qara Qarayev prospekti 2A ünvanı kimi göstərilib. Əvvəlcədən Adəm Əliyevin adına özəlləşdirilmiş hissə isə Qara Qarayev prospekti 2P ünvanı kimi qeyd olunur. Bunun özü də Qarayev prospektindəki binanın bütünlüklə YAP mülkiyyətində olmadığını göstərir. Ümumiyyətlə Vəliyeva-Vəlibəyov cütlüyü sözügedən binadan şəxsi məqsədlər üçün çox yararlanıblar. Məsələn binanın üzərindəki Bakcell stansiyasına görə şirkətdən icarə haqqı kimi aldıqları illik vəsaitlər də mərkəzi aparatdan gizlədilib. Kim bilir, bəlkə də Sədaqət Vəliyeva hələ də Vəlibəyovdan öz “dolyasını” alır..."
İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...