Naxçıvan səhiyyəsində bulanıq sular durulmur - İndidə "casus" axtarırlar...
5-10-2023, 09:56
Naxçıvandakı tibb işçilərinə „Gündəlik Naxçıvan“ səhfəsinin feysbuk və instaqramdakı səhifələrini kütləvi şikayət etmək tapşırığı verildiyi bildirilir. Tibb işçilərinin məlumatına görə, bu tapşırığı Naxçıvanın səhiyyə nazrliyinə başçılıq edən Samiq Sadıxov verib və məqsəd bu səhifələri bağlatmağa nail olmaqdır. Tibb işçiləri deyir ki, o, bu yolla Naxçıvan səhiyyəsində baş verən korrupsiya və digər pozuntularla bağlı tənqidi yazılardan canını qurtarmağa çalışır.
Naxçıvan MR Xəstaxanasında çalışan tibb bacılarının verdiyi məlumata görə, onlar səhifədə səhiyyə ilə bağlı tənqidi paylaşımlara inkaredici şərhlər yazmağa da məcbur edilirlər:
“Bizi məcbur edirlər ki, tənqidi yazıların altında Samiq müəllimi və xəstəxananın rəhbərliyini tərifləyək. Bunu etməyənləri işdən çıxarmaqla hədələyirlər. Ötən həftədən də hər kəsə tapşırılıb ki, səhifəni şikayət edək. Bəziləri qorxub bunu etsə də, çoxları hələlik imtina edir. Trolluq edənlər və səhifəni şikayət edənlər əsasən praktika keçən tibb bacılarıdır. Onlar şirnikləndirici söz verilib ki, işə götürüləcəklər. Könüllüləri idarə edən Samiq müəllimin əmioğlusu Anar Sadıqovdur. Bu səhifə həqiqətləri, bizim dərdimizi yazır. Biz bu səhifəni niyə şikayət etməliyik? Problemləri həll etməkdən, ucuz yol seçiblər. İdarəçilikdən narazı işçiləriə özlərini zorla təriflədirlər“.
Şikayətçilər deyir ki, nazirlik səhiyyədəki pozuntularla bağlı məlumat verən tibb işçilərini də axtarır:
“Şübhələndikləri adamları sorğu-sual edirlər. Yığıncaqda dedilər ki, məlumat verənləri tapıb, işdən çıxaracağıq”.
Naxçıvan MR Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən isə, məlumatı təkzib etdilər:
“Nazirlik hesab edir ki, bu əvvəlcədən hazırlanmış, düşünülmüş qarayaxma kampaniyasıdır. Biz heç kimə hansısa səhifəni şikayət etmək, bu səhifədə kiminsə haqda müsbət rəy yazmaq tapşırığı verməmişik. Nazirlik həkimlərin sosial mediadakı fəaliyyətinə qətiyyən qarışmır. Səhifəyə məlumat verənlər də axtarılmır. Biz anlaya bilmirik ki, sizə niyə belə yalan məlumatlar veriblər”.