Şair Alxasov: Özünü o qədər arın-arxayın hiss edir ki... - O DA HƏBSDƏN QORXMUR?

12-10-2023, 10:07           
Şair Alxasov: Özünü o qədər arın-arxayın hiss edir ki... -
Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ciddi tənqid olunur. Nöqsanları ilə gündəmə gələn bəzi icra başçıları işdən çıxarılsa, həbs olunsa belə, yenə vəziyyət dəyişmir. Dəfələrlə adları şikayət və tənqid olunanlar siyahısında hallanan icra başçılarının fəaliyyətində dönüş yaranmır.

DİA.AZ bildirir ki, yerli KİV-də əhalinin ən çox narazı qaldığı icra hakimiyyətləri barədə araşdırma materialı təqdim olunub. Aydın olur ki, narazılığa səbəb olan RİH-lərdən biri də Qusar rayon İcra Hakimiyyətidir.

Araşdırma materialında deyilir:

"Şair Alxasov bu gün barəsində ən çox şikayələr olunan iccra başçısıdır. Hətta bir zamanlar Qusarın yerli sakinləri Alxxasovdan şikayətlərin əhəmiyyətsiz olduğuna, bu şikayətlərin qarşısının Prezident Administrasiyasında kimlərsə tərəfindən alındığına inandıqlarından artıq PA-ya yox, əslən sözügedən bölgədən olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova belə müraciət edirdilər ki, bu da əslində onların çarəsizliklərinin göstərcisi idi...

İndi isə sakinlər əllərini tamamən üzüblər və güman edirlər ki, Şair Alxasov Qusar RİH başçısı postunda ömürlük olacaq, ondan şikayət etmək də əbəsdir.

İlkin təəssürat sakinlərin haqlı olması yönündə olsa da, vəziyyətin hər an dəyişəcəyi də gözləniləndir.

Unutmaq lazım deyil ki, bu gün hələ də düşmən Ermənistanın torpaqlarımızdakı tör-töküntülərini əzməkdə olan DƏMİR YUMRUQ nəəhayətdə yerlərdə özzlərini vətəndaşlaara qarşı DÜŞMƏN KİMİ aparan məmurlara da qarşı yönələ bilər...

Necə ki, belə olaylara çox şahidlikk etmişik və hələ də həbsdə 10-a yaxın ira başçısı var..."

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Əlaqədar YAZI: Özünü `XƏZƏR XAQANI` zənn edən icra başçısı - AXI NİYƏ?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.