Cəlilabad müəllimləri məzuniyyət pularını hələdə ala bilmir
15-07-2016, 19:32
teref.aznun poçtuna yazan bir qrup Cəlilabad təhsil işçisi müəllimlərin maaşının verilməməsindən şikayər edirlər. Lakin burda əsas məsələ rayonlarda vüsət alan atestat puludur. Şikayət məktubunu sizə təqdim edirik"
Cəlilabad müəllimləri məzuniyyət pularını hələdə ala bilmir
Təhsil müəssisələrində çalışan pedoqoji işçilər artıq 15 gündür məzuniyyətə çıxıblar. Bəzi yerlərdə məzuniyyət pulları verilsədə və hətta eyni Regional Təhsil İdarəsinə aid olan Masallı və Yardımlı məzuniyyət pullarını almış olsalarda Cəlilabad Rayon Təhsil İşçiləri hələdə əmək haqqlarını almayıblar. Halbu ki, Məzuniyyətlər haqqında Azərbaycan Respublikasının Qanununun 27 maddəsində göstərilir ki, məzuniyyətə 3 gün qalmış pul ödənilməlidir, əgər ödənilmirsə məzuniyyət ödənildiyi gündən hesablanmağa başlanmalıdır. Regional Təhsil İdarəsinin Maliyəsinə olan ümüdlər hər gün bir az da özünü doğrultmamaqda davam edir. Bundan başqa Cəlilabad RTŞ -dən bizə çatan məlumata görə Ərəstun Hüseynov və Sarxan Həsənov Regional İdarənin tapşırığı ilə hər məktəbdən Atestata görə 150-200 manat pul yığırlar və deyilənə görə bu tapşırıq Təhsil Nazirli tərəfindən verilib. Halbu ki , qanunvericilkdə Atestata görə pul ödənilməsi qadağan olunur. Bütün bu kimi neqativ hallarla bağlı Təhsil Nazirliyinə müraciət edilsədə hələlik bir nəticə yoxdur. Cəlilabad Təhsil İşçiləri məsələnin içtimailəşdilməsindən sonra ümüd edirlər ki, məzuniyyət pullarını və digər problemlər həllini tapacaq.
Cəlilabad Təhsil İşçiləri
Müəllimlərin maaşının gecikməsinin səbələrinə və "Atestat pulu" iddiasına aydınlıq gətirmək üçün Cəlilabad Rayon Təhsil Şöbəsi ilə də əlaqə saxlamağa çalışdıq, amma telefon zənglərimiz cavabsız qaldı.
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az