“Dövlət büdcəsini talan edən mədəni oğru” – Səidə Dursun qızı

30-08-2017, 09:59           
“Dövlət büdcəsini talan edən mədəni oğru” – Səidə Dursun qızı
Ağdaş RMTİ-nin rəisi Tahir Məmməd oğlu Əliyev 47 müəllimi olan balaca bir musiqi məktəbində, məktəb müdirinin xəbəri olmadan 29 nəfər “ölü can müəllim”ə maaş kartı açaraq dövlət büdcəsindən 3 ildə 380 min manatadək pul mənimsəmişdir.

Bu harda Müstəqil.Az-a Ağdaş Regionam Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan musiqi məktəbinin müəllimi Cəbrayılova Səidə Dursun qızı məlumat verib.

Onun redaksiyaya ünvanladığı şikayət məktubunda o da deyilir ki, hazırda bu məsələ ilə bağlı Ağdaş Prokurorluğunda CM 179.3.2 maddəsi ilə cinayət işi başlanılıb.
Şikayətçi onu da qeyd edir ki, dövlət büdcəsindən oğurluq edən Tahir Əliyev vəzifəsindən sui istifadə etməsinə, vədələduznalıq edərək cinayət törətməsinə baxmayaraq hələ də vəzifə kreslosunda yellənir.
Şikayətçi onun bu əməlini yaxın qohumlarının səlahiyyət sahibi olmasında görür.
Tahir Əliyev qardaşları-

Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri;

Zahir Məmməd oğlu Əlizadə AR ƏN-nin Bələdiyyələrlə iş sektoru üzrə müavini;

Əfqan Məmməd oğlu Əliyev DİN-də vəzifəli şəxs;

Məzahir Məmməd oğlu Əliyev DİN-nın pensiyada olan vəzifəli şəxsi;
Oğlu Zaur Tahir oğlu Əliyev AR ƏN-nin işçisi olması ilə əlaqələndirir.

Məlumatda o da bildirilir ki, Ağdaş RMTİ-nin rəisi Tahir Əliyev AR Prezidenti cənab İlham Əliyev təfindən medalla təltif edilmişdir.
Qardaşlarının rütbələrinin arxasında gizlənərək dövlət büdcəsini talayan, dövlət büdcəsindən oğurluq edən Tahir Əliyev cənab Prezidentin ona göstərdiyi etimaddan sui istifadə etmişdir, deyən şikayətçi xanım onu da əlavə edir ki, bütün bunlardan xəbərdar olan AR Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayev dövlət büdcəsindən oğurluq edən Tahir Əliyevi tutduğu postda saxlayaraq ona dövlətin büdcəsini yenə də talamağa şərait yaradır.
Sizcə Cənab Əbülfəz Qarayevin Ağdaş RMTİ-nin rəisi Tahir Məmməd oğlu Əliyevi vəzifədə saxlamağının səbəbi nədir?
Qarşı tərəfin fikirlərinin və prakurorluqda qaldırılan cinayət işinin yayınlamağa söz veririk.
teref.az olaraq adları çəkilən şəxslərin və qurumların fikirlərini işıqlandırmağa hazırıq!
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru