NAZİR ÖZ QARDAŞININ ŞİRKƏTİNƏ 5 MİLYON “PAY” VERİB? – “Heydər Əsədov göstəriş verib ki…”

6-09-2017, 00:18           
NAZİR ÖZ QARDAŞININ ŞİRKƏTİNƏ 5 MİLYON “PAY” VERİB? – “Heydər Əsədov göstəriş verib ki…”
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində şübhəli maliyyə dövriyyəsi olması ilə bağlı İcmal.az saytının redaksiyasına məlumatlar daxil olub. Sayt xəbər verir ki, faktı dəqiqləşdirmək üçün bir həftə öncə Kənd Təsərrüfatı Nazirliyinə, eləcə də nazir Heydər Əsədova və mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevə elektron qaydada sorğu göndərsə də, sorğuya hələ ki, cavab verilməyib.

Sayta daxil olan məlumatda qeyd edilir ki, bir fermer 2016-cı ildə taxilsəpən aqreqatı “Aqrolizinq” ASC-dən 6100 manata alıb. Bu il isə “Aqrolizinq” ASC həmin aqreqatı 9600 manata satır.
Məlumatlı mənbə qeyd edir ki, “Aqrolizinq” ASC-nin işçilərinə sual verəndə ki, niyə eyni avadanlıqda 50 faizdən çox fərq var, deyirlər ki, köhnə dövrlərdən bütün avadanlıqlar açıq tenderlə alınırdı, ona görə ucuz olurdu. Bu il isə cənab nazir Heydər Əsədov göstəriş verib ki, nazirin qardaşının şirkətlərilə birbaşa müqavilə bağlansın. Nazirin qardaşının şirkətləri isə bu qiymətlərlə satır.

Nəzərə alsaq ki, tək bu il 1500 ədəd taxıl səpən avadanlıq alınıb və hər birinin qiymətində 3500 manat fərq var, belə çıxır ki, hörmətli nazirin qardaşı ancaq bir növ avadanlıqdan 5 milyon manat qazanıb…

Hörmətli nazirin qardaşının şirkətlərinin bu il “Aqrolizinq” ASC ilə ümümilikdə 50 milyon manatlıq müqavilə bağladığı iddia edilir…

P.S. Yazıdakı iddialarıa bağlı Nazirliyin də mövqeyini açıqlamağa hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru