İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq - Belə deyirlər...

8-12-2017, 11:02           
İlin sonuna daha 2 nazir və 10 icra başçısı işdən çıxarılacaq - Belə deyirlər...
İlin sonuna qədər daha 2 nazir postunu itirəcək. Bununla da hakimiyyət komandasının seçkiöncəsi yenilənməsinin birinci mərhələsinə yekun vurulacaq. Bu barədə istiqlal.az-a hakimiyydəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, eyni zamanda 1 dövlət komitəsi sədrinin və 10 yaxın icra başçısının da karyerasına son qoyulacaq: Dəyişikliklər əsasən iqtisadi nazirlik və komitəni əhatə edəcək. hətta bu nazirliklərin yenidən təşkili ehtimalı var. Bununla yanaşı, 10-a yaxın icra başçısının da yeniləri ilə əvəzlənməsi gözlənilir.

Mənbə kayerasını bitirəcək nazirlərin adlarını açıqlamasa da, onların da Fazil Məmmədov kimi gözlənilməz şəxslər olduğunu deyir: Artıq oliqarxların texnokratlara əvəzlənməsi prosesi gedir. Proses seçkiyə qədər də və seçkidən sonra da davam edəcək- deyə mənbə vurğulayıb.

2 gün öncə prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov işdən çıxarılıb, onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib. Təhsil naziri postuna hələlik təyinat yoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.