Putinin köməkçisi: "Moskva "nəhəng Qarabağ"ın yaranmasını istəmir"

10-06-2025, 08:18           
Putinin köməkçisi: "Moskva "nəhəng Qarabağ"ın yaranmasını istəmir"
Ukrayna və NATO Rusiya Federasiyasının yeni ərazilərini geri almağa çalışsalar, bu, nüvə müharibəsi ilə nəticələnə bilər.

Demokrat.az xəbər verir ki, bunu RT-yə müsahibəsində Ukrayna tərəfi ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski deyib.

"Əgər biz cəbhə xəttində münaqişəni dayandırsaq və real sülhə razı olmasaq, sadəcə olaraq hansısa atəşkəs bağlasaq, o zaman vəziyyət bir vaxtlar Ermənistanla Azərbaycan arasındakı mübahisəli bölgə olan Qarabağı xatırladacaq. Əgər real sülh olmasa, o zaman bu bölgə (Rusiyanın yeni əraziləri-red.) "nəhəng Qarabağa" çevriləcək. Bir müddət sonra Ukrayna NATO-ya daxil olacaq və müttəfiqləri ilə birlikdə həmin əraziləri geri qaytarmağa cəhd edəcək. Bu, planetin sonu olacaq, nüvə müharibəsi deməkdir", - Medinksi bildirib.

Rusiya prezidentinin köməkçisinin sözlərinə görə, Moskva nüvə müharibəsinin başlaması üçün bir bəhanə - heç kim tərəfindən tanınmayan "nəhəng Qarabağ" yaradılmasını istəmir.

"Buna görə də, biz dayanmaq, tam hüquqlu sülh bağlamaq və yeni ərazilərin tanınmasını istəyirik", - o izah edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru