ABŞ-də 45 il qarajda dayanan nadir avtomobil tapıldı

9-06-2025, 16:18           
ABŞ-də 45 il qarajda dayanan nadir avtomobil tapıldı
ABŞ-də tərk edilmiş, 1972-ci il istehsalı olan "Dodge Challenger" avtomobili aşkar edilib. İdman kupesi 45 ildir ki, qarajda qalıb.

Oxu.Az xəbər verir ki, bu tapıntı barədə "Autoevolution" məlumat yayıb.

"Dodge Challenger Rallye" kupesi 1979-cu ilə qədər istifadə olunub. Avtomobil kiçik qəzada iştirak edib və kuzovunda bir neçə cızıqla qaraja qoyulub.

Buna baxmayaraq, avtomobil yaxşı vəziyyətdədir, amma kupenin salonunun kimyəvi təmizləməyə ehtiyacı var.

1972 "Dodge Challenger Rallye" versiyası 5,6 litrlik 240 at gücü olan V8 ilə təchiz edilib. 3 pilləli avtomatik transmissiya ilə kupe 100 km/saata 8,5 saniyəyə sürətlənir və maksimal sürəti 200 km/saata çatır.

Hal-hazırda nadir avtomobil "eBay"da satışa çıxarılıb. Belə avtomobillərin orta qiyməti təxminən 40 min dollardır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru