Erməni gömrüyü Azərbaycanla sərhədlərin açılmasına hazırdır

10-06-2025, 00:06           
Erməni gömrüyü Azərbaycanla sərhədlərin açılmasına hazırdır
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan Azərbaycanla sərhədlərin açılması halında gömrük prosedurlarının hazır olduğunu bildirib.

TEREF Musavat.coma-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanın əsas ərazisindən Naxçıvana yüklərin tranziti zamanı gömrük nəzarəti digər ölkələrlə olduğu kimi həyata keçiriləcək.

Hazırda Ermənistanın Gürcüstan və İranla sərhədlərində sadələşdirilmiş tranzit rejimi tətbiq olunur. Bu da müəyyən hallarda malların daha sürətli və az bürokratik əngəllərlə daşınmasına şərait yaradır.

Lakin Akopyan Naxçıvana yönələcək yüklər üçün konkret olaraq hansı sadələşdirilmiş prosedurların nəzərdə tutulduğunu açıqlamayıb. Məsələ ilə bağlı danışıqların davam etdiyi və dəqiq mexanizmlərin razılaşdırılma mərhələsində olduğu ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru