Goranboyda minik avtomobili hasara çırpılıb, xəsarət alanlar var

Bu gün, 00:12           
Goranboyda minik avtomobili hasara çırpılıb, xəsarət alanlar var
Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Ağcakənd qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılaraq evin həyətinə düşüb.

Qəza zamanı Ramal Mehdiyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.