Yer üzündə görünməz xətt: Quşlar belə onu keçmir

Bu gün, 16:28           
Yer üzündə görünməz xətt: Quşlar belə onu keçmir
Dünyadakı heyvanlar aləmi bir-birindən görünməz bir xətt sayəsində ayrılır. Bu xətt iki qonşu qitə arasında keçir.

Bu barədə "ScienceAlert" yazır.

Məlumata görə, Avrasiya qitəsinin bir hissəsi olan Cənub-Şərqi Asiyanın heyvanlar aləmi Avstraliya qitəsinin heyvanlar aləmindən görünməz sərhədlə ayrılır. Heyvanların çoxu, hətta quşlar belə heç vaxt bu sərhədi keçmir.

Alimlər hesab edirlər ki, hər şey təxminən 30 milyon il əvvəl, Avstraliya tektonik piltəsinin Avrasiya tektonik piltəsi ilə toqquşmasından sonra başlayıb. Bu, ada arxipelaqının yaranmasına və okean cərəyanlarının istiqamətini dəyişdirməsinə, eyni zamanda unikal iqlim şəraitinin yaranmasına səbəb olub.

Görünməz xəttin bir tərəfində İndoneziya və Malayziyada meymunlar, fillər, pələnglər və kərgədanlar inkişaf edib. Xəttin digər tərəfində Yeni Qvineya və Avstraliyada kisəlilər, gəmiricilər və kakadular təkamül edib. Görünməz xəttin hər iki tərəfində də çox az sayda eyni növə rast gəlmək olar. Onların bir çoxu endemikdir, yəni yalnız bu bölgədə yaşayırlar.

Qeyd edək ki, "sərhəd" xətti hələ 19-cu əsrin ortalarında kəşf edilib və bölgədəki heyvanlar arasındakı kəskin fərqi ilk dəfə görən britaniyalı bioloq Alfred Rassel Uollesin şərəfinə Uolles xətti adlandırılıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.