Rusiyada Süni İntellektin İnkişafı Mərkəzi yaradılır

Bu gün, 00:08           
Rusiyada Süni İntellektin İnkişafı Mərkəzi yaradılır
Rusiya hökuməti texnologiyanın ölkədə tətbiqini sistemləşdirmək üçün Süni İntellektin (AI) İnkişaf Mərkəzinin yaradılması barədə qərar qəbul edib.

Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini və Hökumət Aparatının rəhbəri Dmitri Qriqorenko bəyan edib.

Onun sözlərinə görə, Mərkəz standart həlləri seçib yayacaq, dövlət orqanlarının, regionların və biznes qurumlarının işini əlaqələndirəcək.

Mərkəzin koordinatoru təyin edilən Qriqorenko qeyd edib:

"Bizim vəzifəmiz süni intellektin tətbiqinin nəticələrinin bütün ruslar üçün əlçatan olmasını və müasir texnologiyaların inkişafı vasitəsilə ölkəmizin dünya bazarlarında rəqabət qabiliyyətini artırmasını təmin etməkdir".

Mərkəzin Rusiyada süni intellekt sahəsində qabaqcıl təcrübələri yayması gözlənilir.

Qurum süni intellekt təhlükəsizliyinin tənzimlənməsi və beynəlxalq əməkdaşlığın təşkili üçün normativ hüquqi aktlar da hazırlayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.